
ABŞ-İran müharibəsi qaçılmaz ola bilər - Region təhlükədədir
09:02 20.06.2019
Arxiv
730
Vaşinqtonla Tehran arasında Yaxın Şərqdə vəkalət müharibəsi gedir və burada əsas aktorlardan biri İsraildir
İran ətrafında cərəyan edən proseslər ciddiliyini qoruyur. Ehtimallara görə, bu ölkəyə qarşı ABŞ-ın hərbi müdaxiləsi cənub sərhədlərimizdə təhlükəsizlik probleminə yol aça bilər. Tərəflər arasındakı arzuolunmaz qarşıdurmaya münasibət bildirən İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın fikrincə, Vaşinqton-Tehran münasibətlərini yalnız Ağ Evə yüksək təsir gücünə malik hansısa ölkə normallaşdıra bilər: "ABŞ-İran münasibətlərində birdəfəlik balans yaratmaq istəyən tərəf Amerika siyasətində güclü təsirə sahib olmalıdır. İndiki vəziyyətdə gərginliyin yumşaldılması cəhdləri yalnız qısa müddət ərzində effektiv olacaq və balansa gətirib çıxarmayacaq”.
İki dövlət arasındakı problemi "Şərq”ə təhlil edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İran Yaxın Şərqdə vəkalət müharibəsi aparır və burada əsas aktorlardan biri də İsraildir:

"Vaşinqtonun İrana qarşı iqtisadi savaşı demək olar ki, ölkədə ciddi sosial-iqtisadi problemlərə yol açmaqdadır. Problem sosial partlayış mərhələsinə keçməsə də, ölkədə ciddi etirazların formalaşmasına zəmin yaradır.
ABŞ bütün səfərbərliklə "təhlükəli” saydığı İranın üzərinə gəlir. Fars körfəzinə ZRK, təyyarə daşıyan gəmilər, əlavə hərbi qüvvələr göndərir. Körfəz ölkələrini başda Səudiyyə Ərəbistanı olmaqla Tehrana qarşı hərbi səfərbərliyə toparlayır. Bu gedişlə müharibə qaçılmaz ola bilər. İran regionda aqressiv siyasət həyata keçirir. Bu aqressiya özünü qorumaq instinkti kimi xarakterizə edilsə də, əslində Tehran rejimi regionda özünə uyğun hakimiyyətlər təşkil etmək planına malikdir.
Bu istiqamətdə geniş miqyasda siyasi və hərbi siyasətini genişləndirir və inkişaf etdirir. Dəstək verdiyi silahlı təşkilatlar vasitəsi ilə məqsədini reallaşdırmağa çalışır. Tehran İraqda "Haşdi Şabi”, Livanda "Hizbullah”, Suriyada "Qüds” briqadasına bağlı yeni hərbi birliklərə, Yəməndə "Husi” və nəhayət, Əfqanıstanda "Taliban”a ciddi siyasi və lojistik dəstək verməkdədir. Adını çəkdiyim hərbi-terror təşkilatları İranın regionda siyasətinin güclənməsi istiqamətində döyüşürlər”.
Analitikin fikrincə, İran dövləti İraqda, Suriyada və Yəməndə gedən müharibələrdə birbaşa və dolayı yolla iştirak edərək regionda qeyri-stabil situasiya yaradır:
"Dini-məzhəb amilindən istifadə edərək xalqımız arasında nifaq toxumu səpir. İranın qarşısı alınmazsa, ətrafındakı dövlətlərdə qeyri-stabil vəziyyət yaradaraq özünə bağlı məzhəb hakimiyyətləri formalaşdıracaq. Odur ki, ABŞ-ın İrana zərbələri həm iqtisadi, həm də hərbi zərurətə çevrilir. Əgər fars körfəzində mümkün müharibə başlayarsa, Türkiyə öz hərbi kontingenti ilə Azərbaycanda yerləşməlidir. Xüsusi ilə Bakı ətrafında. Çünki Tehran rejiminin davranışları heç də aydın deyil”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol