ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı olub





ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
APA-nın verdiyi məlumata görə, bu barədə "Anadolu” xəbər verib.
Bundan əvvəl bildirilmişdi ki, telefon danışığı fevralın 8-nə keçən gecə, Türkiyə vaxtı ilə saat 00:05-də başlayacaq. Əsas müzakirə mövzularının ikitərəfli əlaqələr və Suriya məsələsi olacağı bildirilmişdi.