Adi bir qız idi...

Dünyanın ən güclü 100 qadınından biri oldu


İordaniya kralı II Abdullahın Fələstin əsilli həyat yoldaşı kraliça Rania, gözəlliyi ilə diqqət çəkir. Rania ən qəşəng, həm də ən güclü, ən ağıllı qadınlar arasındadır. Kraliça, ərəb müsəlman qadınlarının Qərb obrazını təmsil etdiyi üçün Qərb mediasının da böyük marağını çəkir. Fələstin əsilli adi bir qızikən həyatı gözəl nağıla çevrildi?

Kral Abdullahın xanımı kraliça Rania 31 avqust 1970-ci ildə dünyaya gələndə həyatının məhəbbətindən kənarda idi. Fələstinli bir ailənin uşağı olaraq Küveytdə doğulub. Küveytin Cahra bölgəsindəki "New English School” da təhsil alan Rania, daha sonra Qahirə Amerika Universitetinin İdarəçilik fakültəsini bitirib. İqtisadiyyat və maliyyə təhsilindən sonra "Citibank”da işləməyə başlayan Rania, sonra Ammanda "Apple” şirkətində yer alıb.

Ranianın adi həyatı 1993-cü ildə tamamilə başqa bir mərhələyə girdi. Getdiyi bir partidə tanış olduğu kişi İordaniya Şahzadəsi olan II Abdullah olub. Cütlük arasında partidə başlayan sevgi qısa müddətdə eviliyə qədər irəlilədi. Kral Abdullah ona evlənmək təklif edəndə tanış olmalarının arasından sadəcə 6 ay keçmişdi. Cütlük altı ay sonra 10 iyul 1993-cü ildə evləndi. Həyat yoldaşına ilk günkü kimi məhəbbətlə bağlı olan Kral Abdullah, onu gözünün önündən ayırmır. İkilinin zaman-zaman romantik baxışları da jurnalistlərin diqqətindən yayınmır. İordania kralı II Abdullah və xanımı kraliça Ranianın vəliəhd şahzadələrindən başqa, 3 uşaqları var.

 Şahzadə İman 1996-ci ildə dünyaya gəlib. Ondan sonra şahzadə Səlma doğulub. 1999-cu il təvəllüdlü olan Səlmadan sonra kraliça Rania bir oğlan uşağı da dünyaya gətirib. 2003-ci ildə dünyaya gələn şahzadəyə Haşim adı verilib. Kraliça Rania "Forbes” jurnalının hazırladığı "Dünyanın ən güclü 100 qadını” siyahısının 80-ci sırasındadır.