Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda 5 yaşlı Hatice Serra Kıl özəl klinikada diş müalicəsi aldıqdan sonra dünyasını dəyişib.
Sherg.az xəbər verir ki, müalicədən sonra ailəsi ilə evə qayıdan uşağın bir müddət sonra vəziyyəti pisləşib. Valideynləri onu xəstəxanaya çatdırsa da, həkimlərin müdaxiləsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Uşağın anesteziyadan sonra vəziyyətinin pisləşdiyi iddia edilir. Onun dəqiq ölüm səbəbi yarılmadan sonra müəyyənləşəcək.
Hatice Serra Kıl Karaçulha qəbiristanlığında dəfn edilib.
Hadisə iyul ayında Ispartada diş müalicəsi zamanı ümumi anesteziya verilərkən ürəyi dayanan və həyatını itirən 7 yaşlı Ela Kocaçöğürün ölümünü xatırladıb.