ADNA FACİƏSİNDƏN 10 İL ÖTÜR
08:17 30.04.2019
Arxiv
649
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnərək öldürülməsindən 10 il keçir.
"Sherg.az" xəbər verir ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının "Qaz Neft Mədən” və "Neft Mexanikası” fakültələrinin yerləşdiyi binaya daxil olan silahlı şəxs qarşısına çıxan hər kəsə "Makarov” tipli tapançadan atəş açdı.
Həmin gün bu xəbər ildırım sürətilə yayılmışdı. Yüzlərlə insan Akademiyanın qarşısına toplansa da, heç kim içəridə olanların qarşısnı ala bilməmişdi.
Nəticədə 13 nəfər öldü, 13 nəfər yaralandı.
Öldürülən və yaralananların demək olar ki, hamısı tələbə və müəllimlər idi.
Hadisəni törədən və özünü də öldürən şəxs-1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirovun universitetdə nə qədər güllə sərf edərək atəş açdığı müəyyən edilməyib.
Özünü öldürdükdən sonra onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və sonradana terrorçuluq ittihamı da irəli sürülüb. İstintaq-əməliyyat qrupu yaradılıb.
2010-cu il aprelin 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hokmü ilə Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov adlı şəxslər ömürlük həbs cəzasına məhkum edilib. Ariz Qabulov isə 11 il azadlıqdan məhrum olunub. Onların hamısı Gürcüstandan olan azərbaycanlılardır və terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli bilinib.
Hökm zamanı müttəhimlər cinayətlə əlaqələrinin olmadığını bildirib.
İstintaqın məlumatına görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyandır. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.
Hadisə ilə bağlı statistik məlumatları artırmaq olar. Nəticə isə dəyişməyəcək. Dəhşətli terror hadisələriu bu gün də dünyada hansısa hədəflərə çatmaq üçün istifadə olunan vasitədir.
Lartıncadan tərcümədə qorxu, vahimə mənasını verən terrorizm haqqında birmənalı tərif mövcud olmasa da, onun haqqında gəlinən qənaət belədir. Terrorizm siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır.
Dünyada diplomatlara, dövlət adamlarına qarşı edilən terror hadsləri də çoxdur. Amma elə bu gün də hər hansı maraqlar naminə törədilən terror hadisələrindən daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir.
ADNA-da törədilən hadisədə də eynilə zərər çəkənlər sadə insanlar-tələbələr, müəllimlər oldu. Hətta ölənlər arasında süd satan qadın da olub.
Terrorun qurbanları 18 günün gəlini, gələcəklə bağlı min-bir arzu diləyi olan gənclər oldu. Hadisədən 10 il keçsə də insanlar, xüsusilə həmin günün həyəcanını daha yaxından yaşayanlar öz hisslərini sosila şəbəkələrdə paylaşırlar.
"Həmin gün keçirdiyim həyəcan və qorxunu bu gün də ifadə edə bilmirəm. Qardaşım da ADNA da oxuyurdu. Faicə onun oxuduğu korpusda, hətta dekanlıqda baş vermişdi. İşdəydim, hadisəni eşidən andan qardaşımı yığırdım açmırdı telefonu, bütün doğmalar İlqarı axtarırdıq. Ona da nəsə olub qorxusu ilə. Ancaq sonra məum oldu ki, qardaşım səhər yatıb qalıb, universitetə getməyib. Mənim qardaşım şans əsəri sağ qaldı. Amma təəssüf ki, digər qardaş və bacılarımız günahsız qurban getdilər - 13 günahsız gəncin həyatı yarımçıq qaldı. ALLAH rəhmət eləsin. Lənət olsun terrora!!!”.
Bakı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızının öz səhifəsində paylaşdığı bu hissləri qardaşı, bacısı, atası, əmisi, xalası o zaman həmin binada olan bütün insanlar yaşayır.
Terror törədən insanlar robotlaşdırılmış məxluqlardır. Və bu "kiborq"lar onları terrora hazırlayan "ağıllı” insanlardan daha az təhlükəlidirlər.
Mübarizənin terrorçulara deyil, terroprçu zehniyyətə qarşı aparılması ümüdü ilə...
Allah ADNA terrorunda dünyasını dəyişənlərə rəhmət eləsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya