“Avropa İttifaqı yanılır və fərqində deyil ki, onun ən böyük itkisi elə Türkiyənin quruma üzv olmaması ilə başlayır”
Afrin əməliyyatı bir bəhanədir
20:49 06.02.2018
Arxiv
1244
“Türkiyənin islam kimliyinə sahib olması Aİ və Ankara arasında problemlər yaradır”
“Avropa İttifaqı yanılır və fərqində deyil ki, onun ən böyük itkisi elə Türkiyənin quruma üzv olmaması ilə başlayır”
“Avropa İttifaqı yanılır və fərqində deyil ki, onun ən böyük itkisi elə Türkiyənin quruma üzv olmaması ilə başlayır”
Avropa İttifaqı Ankara ilə danışıqları "Türkiyənin onun tələblərini yerinə yetirməməsi” bəhanəsi ilə dayandırıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Dövlət başçısı bildirib ki, Türkiyə Avropa İttifaqının bütün tələblərini yerinə yetirib və birliyə tamhüquqlu üzv olmaq üçün heç bir maneə qalmayıb.
Lakin buna rəğmən, Aİ müxtəlif bəhanələrlə Türkiyəni özünə yaxın buraxmayıb. Qərardan hiddətlənən Ərdoğan Aİ-nin digər şərtlərinin Ankaranı maraqlandırmadığını deyib: "Türkiyə Avropa İttifaqına daxil olmaq naminə öz maraqlarını qurban verməyəcək”. Əslində tərəflər arasında gərgin münasibət çoxdan bəri davam edir. Məhz indiki zamanda Aİ-nin bu cür qərar verməsinin səbəbləri nədir? Türkiyənin Suriyada apardığı Afrin əməliyyatlarının qərarla əlaqəsi varmı?
Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Azər Rəşidoğlu bildirib ki, əslində, Afrin əməliyyatı bir bəhanədir. Onun sözlərinə görə, Türkiyənin islam kimliyinə sahib olması Aİ və Ankara arasında problemlər yaradır:
"Avropada yaşayan müsəlman immiqrantların cəmiyyətə inteqrasiyasında problemlər yaşanır. Əgər nəzərə alsaq ki, Türkiyə Aİ-yə üzv olduqdan sonra Avropaya mühacirət edənlərin əksəriyyəti Türkiyənin az inkişaf etmiş bölgələrində yaşayan, təhsil səviyyəsi nisbətən aşağı olan insanlar olacaq, vəziyyətin nə qədər mürəkkəb olması aydınlaşır. Qərbi narahat edən ikinci məqam isə iqtisadi yükdür. Əhalisi bütün Şərqi Avropaya bərabər olan Türkiyə Avropa İttifaqı üçün ağır maliyyə xərcləri anlamına gəlir. Ölkənin yüksək həcmdə investisiya tələb edən az inkişaf etmiş bölgələri mövcuddur. Bu cür böyük dövlətlərdə gələcəkdə iqtisadi böhran yaranarsa, onun təsiri bütün təşkilat üzvlərini əhatə edə bilər”.
Ekspertin fikrincə, Avropa İttifaqının ehtiyat etdiyi əsas məqamlardan biri daha çox geosiyasi reallıqla bağlıdır:
"Bu gün təşkilat daxilində müəyyən bölünmələr var. Avropa İttifaqının ən güclü üzvlərindən olan Fransa və Almaniya cütlüyü daha çox müstəqil Avropa İttifaqı görmək niyyətindədir. Digər ölkələr isə Avropa məkanını Trans-atlantik komponenti kimi təsəvvür edir. Bu baxımdan, Türkiyənin təşkilata üzv olacağı təqdirdə kimin yanında yer alması məsələsi digər tərəfi iflic edə bilər. Türkiyənin Avropa İttifaqına üzvlüyünün hazırda daha çox ABŞ tərəfindən bloka alınması da müşahidə edilir. Lakin Avropa İttifaqı yanılır və fərqində deyil ki, onun ən böyük itkisi elə Türkiyənin quruma üzv olmaması ilə başlayır”. Analitik bildirib ki, əgər Türkiyə quruma üzv olarsa, Qərb beynəlxalq aləmdə formalaşmaqda olan sivilizasiyalararası toqquşma nəzəriyyəsinin əsassız olduğunu isbat etmiş olacaq: "O, Avropanın bir xristian klubu olmadığını, demokratiyanın, insan hüquqlarının, ədalətin universal dəyər olaraq mənimsənilməsinin üstünlüyünü sərgiləmiş olacaq. İsbat edəcək ki, Avropa İttifaqı həqiqətən də bu dəyərlərə sadiq olan insanlar üçün heç də əlçatmaz deyil. Bu da Türkiyənin qonşuluğunda yerləşən region dövlətləri üçün nümunə təşkil edərək, universal dəyərlərin öz-özlüyündə təntənəsinə rəvac verəcək. Regionda isə etimad atmosferi yaranacaq. Avropa İttifaqı isə fərqli düşünür və islam kimliyinə görə Türkiyəni sıxışdırır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm