Agentlik: Gəmidən xilas edilən Azərbaycan vətəndaşlarının həyatı təhlükəsi yoxdur
17:02 25.12.2018
Arxiv
313
Krasnodar bölgəsinin Tamansk yarımadasında qəzaya uğrayan gəmidən xilas edilən Azərbaycan vətəndaşları olan ekipaj üzvlərinin həyatı təhlükəsi yoxdur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyindən Trend-ə verilən məlumata görə, bu gün Krasnodar bölgəsinin Tamansk yarımadasında baş verən güclü qasırğa nəticəsində Monqolustan bayrağı altında üzən "Surov” gəmisinin saya oturması barədə Agentliyin Milli Mərkəzinə məlumat daxil olub.
Məlumatda həmçinin bildirilib ki, Türkiyənin İskenderun limanından Rusiyanın Kavkaz limanına doğru hərəkət edən "Surov” gəmisində olan 11 ekipaj üzvünün doqquzu Rusiya və ikisi Azərbaycan vətəndaşıdır.
Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Milli Mərkəz tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq, məlum olub ki, güclü qasırğa nəticəsində gəmi saya oturub və gəmi kapitanı tərəfindən Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə yardımla əlaqədar müvafiq qaydada müraciət daxil olub. Operativ şəkildə həyata keçirilən xilasetmə əməliyyatları nəticəsində ekipaj üzvləri təxliyyə edilərək "Uyut” mehmanxanasında yerləşdiriliblər. Xilas edilənlər arasında xəsarət alan yoxdur. Hal-hazırda Azərbaycan vətəndaşı olan ekipaj üzvlərinin vətənə yola salınması üçün müvafiq sənədlərin rəsmiləşdirilməsi prosesi həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə