Agentlik rəsmisi: “Xocavəndlə bağlı layihələr gözlənilir”

“Ağdam və Füzuli şəhərləri ilə bağlı müəyyən şəhərsalma konsepsiyaları hazırlanır”. 
Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov danışıb. 
O bildirib ki, bu prosesdə Dövlət Turizm Agentliyi də həmin bölgələrin turizm potensialının qiymətləndirilməsi və turizm potensialına aid olan müəyyən elementlərin konsepsiyalarda əks olunması ilə bağlı öz töhfəsini verib:
“Hələ ki, burada şəhərlər səviyyəsindən olan konsepsiyalardan söhbət gedir. Xocavəndlə bağlı layihələr isə gözlənilir”.