Ağstafada dəhşətli QƏTL: öldürüldü və maşını yandırıldı - YENİLƏNİB




Ağstafada baş verən dəhşətli qətllə bağlı cinayət işi başlanıb.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
14:56
Ağstafada dəhşətli qətl törədilib.
APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus "VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.
S. Əliyevin qətlə yetirildiyi məlum olub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.