Akademik doğru deyir

Həqiqətən Qarabağda sülhün əldə edilməsinə mane olan qüvvələr var


"2016-cı il aprel hadisələrindən sonra Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki
gərgin, çox təhlükəli vəziyyətdə əhəmiyyətli dəyişikliklər olmayıb”.

Bu barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
məqaləsində bildirilib. Müəllif qeyd edib ki, nə iki ölkə prezidentlərinin görüşləri, nə də ATƏT-in
Minsk Qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticə verib: "Qarabağ probleminin həllində,
danışıqların bərpasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edir.
Lakin hələlik heç kim söz verə bilməz ki, Dağlıq Qarabağdakı atəşkəs rejimi gələcəkdə ədalətli
sülhlə nəticələnəcək. Əslində müharibə nə cəbhədə, nə diplomatik, nə də media məkanında bitib.
Dağlıq Qarabağ uğrunda münaqişə kimlərəsə çirkin biznes və siyasət yürütmək baxımından sərf
edir”. 

Administrasiya rəhbərinin fikirlərini analiz edən politoloq Qabil Hüseynli "Şərq”ə
açıqlamasında deyib ki, akademik Ramiz Mehdiyev birbaşa işin içində olan, prosesin bütün
nüanslarını bilən şəxsdir: 

"Hörmətli akademikin vurğuladığı nöqsanlar və problemin həlli ilə bağlı
diqqət çəkdiyi süni maneələr bir çox qaranlıq mətləblərə aydınlıq gətirir. O, haqlı olaraq bəyan edir
ki, bölgədə sülhün əldə edilməsinə mane olan xüsusi qüvvələr var. Həmin qüvvələr mövcud status￾kvonun dəyişməsinə hər vasitə ilə əngəl yaradırlar. Güman edirəm ki, münaqişənin həllinə əngəl
yaradan qüvvələri, ölkələri müəyyən etmək o qədər də çətin deyil. Artıq bütün ictimaiyyət
Rusiyanın məsələnin çözülməsinə problem yaratdığını bilir, görür. Fikrimcə, akademikin
məqaləsindən yola çıxaraq bir çox məqamlara işıq salmaq mümkün olacaq”.

İsmayıl