Ankarada keçirilən yoxlamalar zamanı qanunsuz şəkildə yetişdirilərək xaricə satıldığı müəyyən edilən 134 saka quşu ələ keçirilib.
Sherg.az xəbər verir ki, hüquq-mühafizə orqanları ilə birgə keçirilən əməliyyat zamanı saxlanılan quşların xarici mənşəli cinslərlə cütləşdirilərək kommersiya məqsədilə qanunsuz yetişdirildiyi müəyyənləşdirilib.
Axtarış zamanı “saka hibridi” adlandırılan quşlar da aşkarlanıb. Quşlar mühafizəyə götürülüb, qanunsuz istehsal və ticarətlə məşğul olduğu müəyyən edilən şəxsə 1 milyon 410 min 656 lirə inzibati cəza tətbiq olunub.