"Amazon"un qurucusu: Aya Çindən əvvəl çatmalıyıq

"Amazon" və "Blue Origin" kosmik şirkətinin qurucusu amerikalı milyarder Ceff Bezos bildirib ki, Ayda daimi və iqtisadi cəhətdən dayanıqlı bir baza qurmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, Bezos Ay missiyalarının artıq daha ucuz başa gələcəyini deyib:

"Aya qalmaq üçün gedirik. Bu, sadəcə bir missiya olub geri qayıtmaq olmayacaq. Həqiqi və davamlı bir Ay bazası yaradılacaq", - o vurğulayıb.

Bezos 2028-ci ildə Aya insanların göndərilməsini mümkün sayıb.

Vaşinqtonun kosmik tədqiqatlarda Pekindən irəli getməli olduğunu vurğulayan Bezos "Çindən əvvəl Aya çatmalıyıq. İnanıram ki, bunu bacaracayıq", deyə bildirib.