Akar: "Bir general və 35 zabit Monitorinq Mərkəzində fəaliyyətə başlayacaq"
16:39 29.12.2020
Arxiv
376
“Azərbaycan 30 il işğal altında olan torpaqlarını 44 gün ərzində işğaldan azad etdi”.
APA-nın məlumatına görə, bunu bu gün Türkiyənin Milli müdafiə naziri Hulusi Akar ilin yekunlarına dair Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər, ordu komandanları və nazir müavinlərinin iştirakı ilə videokonfrans formatında keçirilən toplantıda bildirib.
Türkiyənin müdafiə naziri deyib ki, noyabrın 9-da atəşkəslə əlaqədar imzalanan bəyanatdan sonra Türkiyə və Rusiya Müdafiə nazirlikləri arasında atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin yaradılması barədə razılığa gəlinib: “Artıq hərbçilərimiz Azərbaycana gedib, hazır vəziyyətdədir. Bir general və 35 zabit Monitorinq Mərkəzinin inşasının başa çatmasından sonra dərhal fəaliyyətə başlayacaq”.
H. Akar onu da qeyd edib ki, bölgədə mina və digər partlayıcı maddələrin təmizlənməsi istiqamətində də türkiyəli hərbçilər fəaliyyətlərini davam etdirir: “Humanitar yardım fəaliyyətləri çərçivəsində azərbaycanlı qardaşlarımıza əlimizdən gələn dəstəyi verdik, dəstək verməyə də davam edəcəyik. Bundan sonra da Azərbaycanlı qardaşlarımızın haqlı, şərəfli mübarizələrində yanlarında olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm