Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.
Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 4 nəfər uşaq xilas edilib, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.