Rusiyanın Tuva Respublikasında ayının hücumuna məruz qalan moskvalı turist xəstəxanada dünyasını dəyişib.
Sherg.az xəbər verir ki, hadisə Bolşoy Yenisey çayında balıq ovu zamanı baş verib. Bu barədə Tuva Dövlət Ovçuluq Nəzarəti Komitəsinin rəhbəri Artyş Salçak TASS-a bildirib.
Onun sözlərinə görə, ayının hücumundan sonra ağır xəsarət alan şəxsin vəziyyəti pisləşib və o, xəstəxanada ölüb.
Məlumata görə, turist dostları ilə birlikdə balıq tutmaq üçün tayqaya gedib. Bölgədə meşələrə giriş qadağan edilsə də, onlar bu qadağaya məhəl qoymayıblar. Ayının hücum etdiyi şəxsi dostları xilas edərək ona ilkin tibbi yardım göstəriblər.