Aktauda Dünya azərbaycanlılarının həmrəylik günü qeyd edilib
13:36 31.12.2018
Arxiv
705
Azərbaycanın Aktau şəhərindəki Baş konsulluq tərəfindən 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il ilə bağlı tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr, Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən Bazar günü məktəbinin şagirdləri, Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq” milli-mədəni cəmiyyətinin rəhbərliyi iştirak ediblər.
Tədbirik açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 – dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə müraciəti oxunulub.
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən elan edilmiş və dünyanın müxtəlif ölkələrində yaşayan çox saylı azərbaycanlıları birləşdirən – "31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü” haqqında məlumat verib. O, müasir dövrdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən Respublikamızın xarici siyasəti və qazandığı nailiyyətlərdən danışaraq, xaricdə yaşayan azərbaycanlılara Azərbaycan hakimiyyətinin dövlət qayğısından söhbət açıb.
Daha sonra azərbaycanlıların "Dostluq” milli-mədəni cəmiyyətinin ağsaqqallar şurasının sədri professor Yusif Quliyev və cəmiyyətin sədri, Aktau şəhər Maslixatının deputatı Şəmsəddin Hüseynov çıxış edərək 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik gününün əhəmiyyəti, müasir dövrdə Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan təcavüzü şəraitində azərbaycanlıların daha sıx birləşməsinin vacibliyindən danışmış, xalqımıza yeni ildə uğurlar arzulayıblar.
Çıxışlardan sonra "Dostluq” milli-mədəni cəmiyyətinin "Qarabağ” musiqi qrupunun ifasında milli musiqilərimiz səsləndirilib, azərbaycanlı tələbər və Bazar günü məktəbinin şagirdləri tərəfindən Azərbaycana həsr olunmuş şeirlər oxunub, rəqslər ifa olunub.
Şaxta baba və qar qızının iştirakı ilə yeni il şənliyi keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə