Albaniya Prezidenti: Qlobal Bakı Forumu regional və qlobal səviyyələrdə qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verir
07:27 11.03.2019
Arxiv
451
Qlobal Bakı Forumu regional və qlobal səviyyələrdə qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verir.
Bunu Albaniya Prezidenti İlir Meta VII Qlobal Bakı Forumu ərəfəsində Trend-ə müsahibəsində deyib.
İ.Meta qeyd edib ki, Qlobal Bakı Forumu görkəmli siyasi xadimlərin, iş adamlarının, elmi dairələrin və gənclər forumlarının nümayəndələrinin iştirak etdiyi mühüm qlobal platformaya çevrilib:
"Bu platforma regional və qlobal səviyyələrdə dialoq və qarşılıqlı anlaşmanın yaradılması və möhkəmləndirilməsinə mühüm töhfə verir".
Prezident bildirib ki, VII Qlobal Bakı Forumunun əsas mövzusu – "Dünyanın yeni xarici siyasəti” – bu töhfəni olduqca dəqiq əks etdirir:
"Əminəm ki, Forumun keçirildiyi üç gün ərzində dünyada müxtəlif hadisələrə müsbət təsir edə biləcək bir çox qiymətli fikirlər səsləndiriləcək".
İ.Meta vurğulayıb ki, bu gün dünyanın əməkdaşlıq körpüsü və inklüziv cəmiyyətə daha çox ehtiyacı var.
Xatırladaq ki, martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunda 70-dən çox ölkədən 450-dək qonaq iştirak edəcək. Forumda "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, "Davamlı inkişaf çağırışları”, "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları olacaq.
Beynəxalq tədbirdə dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılacaq.
Foruma bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış mediya nümayəndələri qatılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm