Ali Məhkəmədə 9 yeni hakim ştatı yaradıldı
07:33 05.05.2020
Arxiv
473
“Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində hakimlərin iştirakı ilə geniş müzakirələr keçirilib və məhkəmə-hüquq siyasəti sahəsində görülən işlər barədə məlumat verilib”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələnin müzakirəsi zamanı I vitse-spiker Əli Hüseynli deyib.
O bildirib ki, ölkədə 12 yeni məhkəmə yaradılıb: “Hakim ştatlarının sayı 200 vahid artırılıb, artıq hakimlərin fasiləsiz seçilməsi təcrübəsi yaradılıb. Ali Məhkəmənin qarşısında mühüm vəzifələr qoyulub. Hakimliyə namizədlərin hamısı parlamentin bugünkü iclasında iştirak edir. Hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur, 9 yeni hakim ştatı yaradılıb. Ali Məhkəməyə Apelyasiya instansiya məhkəmələrinin ən nüfuzlu hakimlərinin təyin olunması təklif edilib”.
Ə.Hüseynli bildirib ki, Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apelyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynov öz ərizəsi ilə vəzifələrindən azad olunublar: “Bu gün bizim qəbul etdiyimiz qərar onların vəzifələrindən azad olunmaları ilə bağlıdır. Ümumilikdə hakim korpusuna yeni təyinatların aparılan islahatlara müsbət təsir göstərəcəyini düşünürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə