"Ali məktəblər bu tələbələrə təhsil haqları ilə bağlı güzəştlər etsin" - Təklif
12:46 31.01.2018
Arxiv
983
"Maddi durumun zəifliyinə görə, yalnız qaçqın və məcburi köçkünlər deyil, digər vətəndaşların övladları da bəzən təhsildən yayınır”.
Bunu "Sherg.az”a Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib.
O vurğulayıb ki, insanların ailə vəziyyətini, yaşayış şəraitini nəzərə alaraq, güzəştlər etmək lazımdır:
"Ödənişli ixtisaslara qəbul olan tələbələrin ailəsinin maddi durumu araşdırılmalıdır. Maddi durumu aşağı olan, sosial vəziyyəti uyğun olmayan tələbələrdən ödənişli ixtisaslar üçün eyni pul tələb edilməməlidir. Nəzərə almaq lazımdır ki, övladını oxudan ata-ana işlə təmin olunubmu? Mənzil durumu, ailə üzvlərinin sayı nə qədərdir? Bu pulu ödəyə biləcəkmi? Əgər həmin ailələr ixtisas üçün tələb olunan pulu ödəyə bilmirsə, onlara güzəşt edilməlidir”.
Qeyd edək ki, 2011-2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu ildən isə ödənişli əsaslarla ali məktəbə daxil olan məcburi köçkün tələbələr təhsil haqqından azad edilməyəcək. Yəni onlar da pullu ixtisaslara qəbul olunacaqları təqdirdə ödəniş edəcəklər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm