Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçiminin vaxtı uzadıldı
05:57 30.09.2020
Arxiv
354
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti uzadılıb.
Dövlət İmtahan Mərkəzindən "Sherg az"a verilən xəbərə görə, cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar müəyyən bölgələr üzrə internetin verilməsi məhdudlaşdırıldığı üçün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti 2 oktyabr saat 23:59-dək uzadılıb.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 6‑cı sayında dərc olunub.
Subbakalavrlar da müsabiqədə iştirakı etmək üçün oktyabrın 2-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları “Abituriyent” jurnalının 8-ci sayından seçə bilərlər.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual