Alim: İmadəddin Nəsimi Azərbaycan dilindən sistemli şəkildə istifadə edib
10:45 22.01.2019
Arxiv
445
Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi Azərbaycan dilindən sistemli şəkildə, ardıcıllıqla, məhəbbətlə istifadə edib.
Bunu Trend-ə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi ili” elan edilməsi əlamətdar hadisələrdən biridir: "Bu qərar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilinin və ədəbiyyatının inkişafına, klassik şairlərin yaradıcılığına verdiyi yüksək dəyərin göstəricisidir. Nəsimi yaradıcılığının gündəmdə saxlanmasını özündə ehtiva edən bu sərəncam XIV əsr Azərbaycan ədəbi dilinin inkişaf yollarını öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Bundan sonra Nəsiminin bir çox cəhətdən zəngin olan dili yeni-yeni tədqiqatların obyekti olacaq. Bu qərar Azərbaycan mədəniyyəti tarixində "Ana dili”nin fədaisi kimi xarakterizə olunan Nəsimi öz yaradıcılığı ilə Azərbaycan klassik şeirinin inkişaf tarixinə yeni istiqamət verdi. Nəsimi öz əsərlərində milli dil vahidlərindən yüksək səviyyədə istifadə edərək Azərbaycan dilini təzyiqlərdən qorumuş, özündən sonra gələn xələflərinin söz meydanında parlamasına zəmin olmuşdur".
T.Şükürlü əlavə edib ki, qəzəllərinə insanı tədqiqat obyekti olaraq seçən Nəsimi onu bütün gözəlliklərdən üstün tutaraq ilk dəfə ana dilində bədii nümunələr yaradıb:
"Şairin əsərlərində poetik fikirlə fəlsəfi fikir birləşir. Nəsimi dili onun özü haqqında güclü və aydın informasiya verir. Onun şeirində daima düşünən, kainatın sirlərinə cavab axtaran bir şəxsiyyətin obrazı var".
Alim hesab edir ki, Nəsimi dilinin şəkilçi sistemi inkişaf səviyyəsinə görə müasir dövrümüzə uyğundur: "Şairin dilində şəkilçilər həm söz yaradıcılığı prosesində, həm də qrammatik sistemin formalaşmasında aktiv şəkildə iştirak edir. Nəsimi yaradıcılığının dar keçidləri, dolanbac yolları vardır. Nəsimi anlayışı şüurumuzda hələ bundan sonra durulacaq, dəqiqləşəcəkdir. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilərək çox mühüm nəticələr vermişdir. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli tədqiqat işləri aparılmışdır. Həmin vaxtdan sonra Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılmışdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə