Alimlər gündüz yuxusunu Altsheymer xəstəliyi ilə əlaqələndirir
21:18 31.01.2018
Arxiv
760
Altsheymer xəstəliyinin ilkin simptomlarından əvvəl orqanizmin normal sutkalıq ritmi pozulur. Xəstəliyin əsl səbəbi indiyədək məlum olmasa da, "amiloid” fərziyyəsinə görə, xəstəliyin əsasında baş-beyin toxumalarında beta-amiloidin həddən artıq toplanması dayanır. Bu maddənin miqdarı orqanizmin sutkalıq ritminə uyğun olaraq dəyişir – insan yuxuda olarkən azalır, oyaq vəziyyətdə, habelə yuxusuzluq zamanı çoxalır. Altsheymer xəstəliyindən əziyyət çəkənlərdə yuxu tsikli pozulmuş olur. Lakin alimlər ilk dəfə olaraq müəyyənləşdiriblər ki, bioloji saat dəyişikliyi xəstəliyin çox erkən mərhələsində - intellekt pozulmasından əvvəl baş verir.
AZƏRTAC "MedDaily” saytına istinadla xəbər verir ki, alimlər orta yaşı 66 olan 189 adamın sutkalıq ritmini müşahidə ediblər. Onların heç birində yaddaş, düşünmə, fikri cəmləməklə bağlı problemlər olmayıb. Pasiyentlərin hamısı ya baş-beyin toxumalarında amiloidin miqdarına, ya onurğa beynində amiloid zülalının miqdarına, ya da hər ikisi ilə bağlı müayinədən keçiblər. Bir-iki həftə ərzində onlar yuxu və oyaq qalmaq vaxtlarının əvəzləndiyini müşahidə edən xüsusi bilərzik taxıblar, hər səhər isə axşamı necə keçirdiklərini gündəlikdə ətraflı yazıblar.
Pasiyentlərin 50 nəfərində Altsheymer xəstəliyinin başlanğıcından xəbər verən xüsusiyyətlər müşahidə edilib. Bu adamların hamısında sutkalıq ritmlərin aşkar pozulduğu müşahidə edilib – onlar yuxu çatışmazlığı hiss edib, gecələr yuxudan tez-tez ayılıb, gündüzlər yuxulu olmaqdan əziyyət çəkiblər.
Alimlər nəyin səbəb, nəyin isə, məsələn, sutkalıq ritmin pozulmasının, beyində dəyişikliyin, bioloji saat dəyişikliyinin nəticə olmasını bilmirlər. Lakin bunu söyləmək olar ki, bioloji saat dəyişikliyi Altsheymer xəstəliyinin biomarkeridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm