“Almaniya sabah qalib gələcək” – millimizin yarımmüdafiəçisi
09:05 25.03.2017
Arxiv
492
"Klubumda bir müddətdi ki, stabil çıxış etmirəm. Bu səbəbdən də Azərbaycan millisindən dəvət gözləmirdim. Buna baxmayaraq, almanlarla daha bir oyun olacaq. Həmin vaxta qədər çox şey dəyişə və mən yenidən yığmaya dəvət ala bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya mətbuatına açıqlamasında Azərbaycan millisinin üzvü Tuğrul Erat deyib.
Almaniyanın aşağı liqasında mübarizə aparan "Duysburq”un formasını geyinən 25 yaşlı yarımmüdafiəçi Azərbaycanda çalışmış almanlar barədə də danışıb. 2013-2014-cü illərdə Bernhard Lippertin rəhbərliyi altında U-21 millisində çıxış etmiş Erat 2014-cü ildən etibarən Berti Foqts tərəfindən əsas yığmaya çağırılıb.
Yığmada 3 oyunda iştirak etmiş futbolçu Foqtsun Azərbaycan futboluna çox şey qazandırdığını düşünür: "Bernhard Lippert məni çox bəyənirdi və həmişə gənclər yığmasına dəvət edirdi. Mən də U-21-in heyətində bir neçə qol vurmuşam. Onunla çox yaxşı münasibətim var. Millinin keçmiş baş məşqçisi Berti Foqtsla da işbirliyi yaxşı idi. Kənardan baxdıqda Foqts çox çətin adam kimi görünürdü. Ancaq əsas yığmada onunla çalışdıqdan sonra gördüm ki, səmimi insandı, lətifə danışmağı, zarafat etməyi xoşlayır. Əvvəllər yığmanın müdafiə anlayışı aşağı olub. Ancaq Foqtsun gəlişindən sonra Azərbaycan millisi düzgün müdafiə olunmağa və təhlükəli əks-hücumlar qurmağa başladı”.
Tuğrul Erat yığmamızın hazırkı çalışdırıcısı Robert Prosineçki barədə də danışıb. Xorvatiyalının hücum futbolunu bəyəndiyini söyləyən millimizin üzvü komandamızın sabah Almaniya önündə şansının çox az olduğunu deyib: "Prosineçki komandaya ispanların futbol üslubunu aşılamağa çalışır. Bunda "tiki-taka”nın da öz təsiri olub. Xorvatiyalı topla çox oynamağı və daim hücum etməyi xoşlayır. Bu seçmə mərhələnin də ilk iki görüşündən sonra azarkeşlərdə eyforiya yarandı. Amma reallıqla barışmaq lazımdı. Almaniyaya qarşı oynamaq çox çətindi. Mənim fikrimcə, sabah almanlar qalib gələcəklər”.
Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi