Almaniyadakı erməni mafiyası İrəvandan idarə edilir
06:43 13.11.2018
Arxiv
661
Ermənilər hər zaman olduqları yerdə cinayətkar şəbəkə yaradırlar
Son zamanlar Almaniyada mafiya qanunları ilə idarə olunan erməni lobbi təşkilatlarının fəallığının artması, onların Azərbaycana və Türkiyəyə qarşı fəaliyyətinin güclənməsi müşahidə edilir. Almaniyada Osmanlı imperiyasında guya, "soyqırıma” məruz qalmış xalqlardan olan şəxslər birləşərək "AGADEKA" adlı təşkilat yaradıblar. Təşkilata vaxtilə Osmanlı imperiyasının ərazisində yaşamış etnik qrupların nümayəndələri, o cümlədən, ermənilər, yunanlar, yezidi kürdlər daxildir. Həmin qruplaşmanın türklərə qarşı cinayət törətdikləri vurğulanır.
Ermənistanın Almaniyadakı diplomatlarının da bu işə xüsusi dəstək verdiyi, cinayətkar dəstələrdən yardım aldıqları deyilir. Məlumdur ki, Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair MDR televiziyasında efirə verilməli olan "Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli filmin nümayişi Ermənistan səfirinin iddiası əsasında Berlin məhkəməsi tərəfindən müvəqqəti olaraq təxirə salınıb. 30 dəqiqəlik sənədli filmin nümayişi üçün nəzərdə tutulmuş efir vaxtında mövzuya dair təxminən 7 dəqiqəlik reportaj yayımlanıb. Vurğulanıb ki, Almaniyada mövcud olan erməni mafiyası bütün ölkə boyu səpələnib.
Erməni cinayətkar qruplaşmalarına "avtoritarlar" rəhbərlik edir, onlar da öz növbəsində "qanuni oğrular"a tabe olurlar. Avropol və İnterpol təşkilatlarına istinadən, erməni "qanuni oğrular"ın sayının 670-900 arasında olduğunun ehtimal edildiyi və onların əksəriyyətinin Almaniyadan kənarda yaşadıqları diqqətə çatdırılıb. Bildirilib ki, Almaniya və Avropada mövcud olan erməni mafiyasının İtaliya mafiyası ilə işgüzar əlaqələrinə dair dəlillər mövcuddur. Reportajda daha sonra erməni mafiyası haqqında hazırlanmış sənədli filmin efirə getməsinin efir saatından bir neçə saat əvvəl məhkəmə qərarı ilə müvəqqəti təxirə salındığı diqqətə çatdırılıb. Qeyd edilib ki, Ermənistan səfiri jurnalistlərin araşdırmasında öz əksini tapan məlumatların təkzib olunmasını tələb edib. Bu, MDR tərəfindən təmin edilmədikdən sonra isə məhkəmə qarşısında iddia qaldırıb. İddianın araşdırılması və MDR-in məsələyə hüquqi cavab verməsi üçün vaxtın məhdud olması səbəbindən məhkəmə reportajın efirə getməsinin müvəqqəti olaraq dayandırılmasına dair qərar verib. Deyilənə görə, sənədli film hüquqi məsələlərə aydınlıq gətirildikdən sonra efirə gedəcək. Ermənistan səfirinin hüquqi addımlara əl atması ictimaiyyətin diqqətini bir qədər də bu məsələyə yönəldib. Almaniyanın bütün aparıcı KİV-ləri mövzunu nəzarətə götürüblər.
Almaniyada ermənilərlə bağlı prosesi "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan deyib ki, baş verən məlum hadisələr ermənilərin Avropada bəslənilməsinin məntiqi davamıdır:
"Bir zamanlar ASALA adlı terror təşkilatı yaradılmışdı. Bu cinayətkar qrup Türkiyə diplomatlarına qarşı Avropada terror həyata keçirirdi. O zaman Avropa bundan elə də rahatsız olmurdu. Bu qruplaşma 10 il boyunca Avropa, ABŞ, Kanada və Avstraliyada Türkiyə diplomatlarına və səfirliklərinə terror hücumları etdilər. Görünür, Avropa erməni cinayətkarlarını yaddan çıxarıb. Diqqətini yalnız Türkiyəyə qarşı mübarizəyə cəmlədiyinidən qoynunda özü də bilmədən cinayətkar mafiya yetişdirib. Ehtimal etmək olar ki, bu cinayətkarlar Türkiyə ilə yanaşı, Azərbaycana qarşı da istifadə edilir. Bir müddət sonra onları ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlər də müdafiə edərsə, heç də təəccüblənmərəm. Qaçqın kimi Avropada sığınacaq alandan sonra əsl mahiyyətlərini irəli sürürlər. 100 ildən sonra ermənilər Almaniyada Bavariyaya da iddia edə bilərlər”.
Siyasi şərhçi vurğulayıb ki, rəsmi İrəvan artıq məsələnin böyüməməsi üçün fəaliyyətə başlayıb:
"Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair noyabrın 7-də MDR televiziyasında efirə verilməli olan "Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” adlı sənədli filmin nümayişi Ermənistan səfirinin iddiası əsasında Berlin məhkəməsi tərəfindən müvəqqəti olaraq təxirə salınıb. Bu, bir daha sübut edir ki, oradakı mafiya Ermənistandan idarə edilib”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya səmasının müdafiəsi üçün vahid komandan lazımdır
20:24 05.09.2026
Dünya
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya