Almaniyanın nüfuzlu KİV-ləri Merkelin Azərbaycana səfərindən yazıblar
18:19 28.08.2018
Arxiv
360
Almaniyanın nüfuzlu kütləvi informasiya vasitələri Federal Kansler Angela Merkelin Azərbaycana səfərini geniş işıqlandırıb. SİA xəbər verir ki, "ARD” telekanalının rəsmi internet səhifəsi Azərbaycanın enerji sahəsində Almaniya üçün mühüm tərəfdaş ölkə olduğunu yazıb.
Məqalədə Angela Merkelin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxunularaq bildirilir ki, liderlərin əsas müzakirə mövzuları enerji məsələləri və Dağlıq Qarabağ münaqişəsinin həlli yolu olub. Vurğulanır ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazırdır. Yazıda Cənub Qaz Dəhlizi layihəsinin Avropa üçün əhəmiyyətinə toxunulub.
"Deutsche Welle” televiziyasının rəsmi saytında da "Azərbaycan enerji təhlükəsizliyi üzrə mühüm tərəfdaşdır” başlıqlı məqalədə Cənub Qaz Dəhlizi layihəsinin böyük əhəmiyyətə malik olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycan ilə Almaniya daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. Yazıda bildirilir ki, iki ölkə arasında enerji sektoru ilə yanaşı, tikinti və kənd təsərrüfatı sahələri, həmçinin informasiya texnologiyaları və mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.
Oxşar məqalələr ZDF, t-Online, Nachrichten TV(Naxrixten), Die Welt, Focus, Stern kimi nüfuzlu mətbuat orqanlarının rəsmi internet saytlarında da dərc edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi