Amerikada eks-prezidentlərin maaşı kəsildi
07:57 17.11.2017
Arxiv
2157
Natiq Cəfərli: “Dəyişikliyin Donald Trampla da əlaqəsi var”
Amerika Birləşmiş Ştatlarının Konqresi sabiq prezidentlərin pensiyasını azaldıb. ABŞ qanunvericiləri ümumi razılığa gəliblər ki, keçmiş başçıların dövlət tərəfindən göstərilən maliyyə dəstəyinə ehtiyacı yoxdur. Çünki onlar yazdıqları kitablardan, kütlələrin qarşısındakı çıxışlardan milyonlar qazanırlar.
Hesablamaya görə, keçmiş prezidentlər üçün 2017-ci ildə ümumi ödənişlər vergi ödəyicilərinə 2,84 milyon dollara başa gəlib. Yeni qanuna uyğun olaraq, keçmiş prezidentlərin pensiyası ildə 200 min dollara qədər, personalın və işçi mühitin saxlanmasına görə ödənilən məbləğ isə 500 min dollara qədər azaldılacaq. Bir sıra ekspertlər bu qərarı qlobal iqtisadi böhranla, digərləri isə birbaşa prezident Trampın islahatları ilə əlaqələndiriblər.
Məsələni "Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, ABŞ-ın 5 trilyon dollarlıq dövlət büdcəsini və 15 trilyon dollarlıq iqtisadiyyatını nəzərə alsaq, keçmiş prezidentlərə ayrılan vəsaitin o qədər də böyük olmadığını görərik:
"Ölkədə elə bir iqtisadi çətinlik mövcud deyil ki, bu səbəbdən eks rəhbərlərin ödənişləri kəsilsin. Fikrimcə, ABŞ administrasiyası məsələyə fəlsəfi yanaşmanı dəyişdirmək istəyir. Belə bir yanaşma ortalığa qoymağa çalışırlar ki, eks-prezidentlərin, məsələn, Bil Klintonun prezidentlikdən sonra universitetlərdə və beyin mərkəzlərində hər çıxışı 20 min dollardır. Keçmiş prezidentlər idarəçiliklə bağlı müxtəlif toplantılara dəvət olunur və mühazirələr deyirlər. Hətta kitablar yazır, televiziya verilişlərində iştirak edərək yüksək qonorar alırlar.
Özlərinə pul qazanmaq üçün kifayət qədər geniş imkanlara sahibdirlər. Sadəcə bu statistikanı əsas gətirərək onların ödənişlərini azaltmağı düşünürlər”. Ekspertin fikrincə, dəyişikliyin Donald Trampla da əlaqəsi var: "Tramp öz prezidentlik maaşından imtina etdi. O, sadəcə 1 dollar məbləğində simvolik maaş alır. Hətta bu addımı ilə tarixə düşdü.
Güman etmək olar ki, Konqresə belə bir təklif məhz Ağ Evdən verilib. Əgər hazırda prezidentlik vəzifəsini icra edən Tramp əlavə gəliri olduğu üçün öz rəsmi maaşından imtina edə bilirsə, deməli, xeyli pul qazanan keçmiş rəhbərlərə dövlətin pul ödəməsinə də ehtiyac qalmır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə