Anar Nağılbaz dünyasını dəyişib
17:15 04.08.2018
Arxiv
1114
Azərbaycanda hip-hop musiqi janrının rep növün əsasını qoyan Anar Nağılbaz (Cəbiyev) vəfat edib.
Mərhumun yaxınlarının "Report”a verdiyi məlumata görə, o, "təcili yardım" maşını ilə xəstəxanaya aparılarkən yolda keçinib.
"Evdə qəfil halı pisləşdi, "təcili yardım" çağırdıq, lakin xəstəxanaya apararkən yolda keçindi", - deyə ailə üzvləri bildiriblər.
Anar Cəbiyev 28 mart 1974-cü il tarixində Füzuli şəhərinin Horadiz qəsəbəsində doğulub. 1988-ci ildən repə maraq göstərməyə başlayıb. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb. 1992-ci ildə "Canlı klip şou" rep bəstəsini geniş ictimaiyyətə təqdim edib. 1993-cü ildə "Narkodünya" mahnısı ilə şöhrət qazanıb. 1990-1992-ci illərdə "Kirpi" jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olub. Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya