Ancelina Coli qaçqın düşərgəsində 

Dünyaca məşhur aktrisa Ancelina Coli Burkino-Fasoda 11 mindən çox malili qaçqının olduğu düşərgəyə gedib.
İHA məlumat verir ki, 46 yaşlı altı uşaq anası Coli Burkina-Faso xalqı ilə həmrəy olduğunu göstərmək üçün Qoudeboya gəldiyini bildirib:
“Aranızda olmağımdan, cəsarətiniz və gücünüz üçün hörmətlə qarşınızda baş əyməkdən şərəf duyuram”.