"Ankaranın addımları ABŞ və bir sıra dövlətləri qıcıqlandırır"
13:13 13.11.2017
Arxiv
556
"Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması birmənalı şəkildə bəzi dövlətləri narahat edəcək”.
Bunu "Sherg.az”a Türkiyənin Rusiyadan S-400 raketləri almasından danışarkən Qərv universitetinin professoru, politoloq Fikrət Sadıqov söyləyib.
O xatırladıb ki, Türkiyə silahlı qüvvələri NATO-nun ən iri və aparıcı rol oynayan qoşunlarındandır:
"Türkiyə uzun illərdir ki, Qərb ölkələri alyansında olan dövlətdir. Son zamanlar Ankaranın addımları ABŞ başda olmaqla bir sıra dövlətləri qıcıqlandırır. Amma digər reallıq odur ki, Qərb ölkələri Türkiyəyə arxa çevirir. Çünki birincisi, neçə ildir, Türkiyəni Avropa İttifaqına (Aİ) qəbul etmirlər. Müxtəlif bəhanələr, şərtlər irəli sürülür.
Digər yandan, Ankaranın ehtimalına görə, ABŞ-ın 15 iyul hadisələrində əli var. Türkiyə düşünür ki, əsas oyunçu olan Fətullah Güləni ABŞ buna görə qaytarmır. Burada da müxtəlif bəyanatlar ortaya atılır.
Türkiyə terrora qarşı vuruşan dövlətdir. Daxildə də bu dövlət PKK-çılara və digər terror qruplarına qarşı mübarizə aparır. Ona görə, kommersiya əsasında Rusiyadan silah alması təbii haldır. Bu, o deməkdir ki, Türkiyə öz maraqlarına uyğun addım atır, təhlükəsizliyini təmin edir. Bu isə regionda stabilliyin artmasına təkan verir”.
Qeyd edək ki, Türkiyənin müdafiə naziri Nurəddin Canikli Ankaranın Rusiyadan "S-400” raketlərini aldığını bildirib. Onun sözlərinə görə, axır ki, bu iş uğurla başa çatıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi