"Azərbaycan xalqı öz dədə-baba yurdlarına qaytmağın həsrəti ilə yaşayır. Məhz bu səbəbdən ölkə başçısının da vurğuladığı kimi xalqımız heç bir zaman işğalla barışmayacaq”.
Bunu "Sherg.az”a açıqlamasında analitik Ehtiram Aşırlı deyib.
Politoloq bəyan edib ki, Azərbaycan xalqı mərd xalqdır və heç vaxt torpaqlarımızın işğalda qalması ilə barışa bilməz:
"Aprel döyüşləri Azərbaycan xalqının mərdliyinin, igidliyinin bariz nümunəsidir. Bu baxımdan Prezident İlham Əliyevin bəhs etdiyi kimi "Aprel döyüşləri”ndən sonra işğalçı Ermənistan bir daha özünə gələ bilməyib. Erməni ictimaiyyəti hələ də biabırçı məğlubiyyətin psixoloji təsirindən çıxa bilmirlər. Ermənistan siyasi, iqtisadi, mədəni və hərbi demoqrafik cəhətdən böhran içərisindədir. Lakin bütün bunlara baxmayaraq, işğalçı ölkə baş verən hadisələrdən dərs çıxartmayıb. Çünki yeni hökumət, xüsusilə də baş nazir Nikol Paşinyanın sərt bəyanatlar səsləndirməsi onu göstərir ki, kriminal rejimin səhvlərini təkrarlayır”.
Ekspertin sözlərinə görə, dövlət başçısının qeyd etdiyi kimi yeni hökumət köhnə diktatura rejiminin yolunu getməməli və işğal altında olan Azərbaycan torpaqlarından çıxmalıdır:
"Əks halda Nikol Paşinyan və erməni xalqı növbəti dəfə Azərbaycan Ordusunun gücünə şahid olacaq ki, bu da işğalçı ölkənin sonu deməkdir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi biz heç bir zaman icazə verməyəcəyik ki, Azərbaycan torpaqlarında ikinci bir Ermənistan dövləti yaransın”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır. Dövlət başçısının bəyanatına əsasən, Ermənistan işğal edilmiş torpaqlardan öz qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır: "İmkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar”. Düşmənlə təmas xəttinə yaxın məkanda növbəti dəfə Ermənistanın yeni hakimiyyətinə mesaj verən dövlət başçısı bəyan edib ki, İrəvan hökuməti bunu nə qədər tez anlasa, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir”.
İsmayıl