Artıq avtomobil sahibləri də avtobuslara minir
14:07 12.02.2017
Arxiv
1434
Çünki pul çatdırmaq olmur, onsuz yaşamaq, onunla yaşamaqdan rahatdır
Manatın devalvasiyasından sonra insanlar prosesdən daha az itki ilə çıxmaq üçün yollar axtarır.
Ciddi maddi-iqtisadi sıxıntılar yaşamağa başlanılan indiki zamanda sürücülər pullarına qənaət etmək üçün şəxsi avtomobillərindən imtina etmək məcburiyyətində qalırlar.
Benzin xərcindən əlavə sürücülərin cərimə və qəza zamanı ciddi maddi ziyana məruz qaldıqları üçün avtomobillərini ya satırlar, ya da zəruri hallarda ondan istifadəyə üstünlük verirlər. Qalan hallarda isə ictimai nəqliyyatdan istifadəyə üstünlük verirlər. Sürücülərin avtomobildən istifadə hallarının azalması həm ekoloji, həm də tıxacların azalması baxımından təqdirəlayiq olsa da, metro və marşrut avtobuslarında sıxlıq yaranmasına rəvac verir.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da son zamanlar insanların şəxsi avtomobillərindən imtina etməsi səbəbindən ictimai nəqliyyatda sıxlığın artması faktını təsdiqləyib. Özlüyündə bu prosesin müsbət hal olduğunu qeyd edən Ə.Hüseynovun sözlərinə görə, kaş ictimai nəqliyyata tələbatın artması əhalinin maddi sıxıntıları ilə bağlı olmayaydı.
"Sırf imkansızlıq səbəbindən insanların şəxsi avtomobilləri idarə etməkdən imtina etməsi istənilən halda təəssüf doğurur. Çox yaxşı olardı ki, insanlarımız şüurlu şəkildə ictimai nəqliyyata üstünlük verməyin daha sərfəli və daha əhəmiyyətli olduğunu dərk edərdilər. İctimai nəqliyyat ən rahat yerdəyişmə vasitəsidir. Dünya ölkələrində ictimai nəqliyyatdan istifadə xüsusi mədəniyyət hesab olunur. İnkişaf etmiş ölkələrdə bir neçə avtomobili olan milyonçu da məmnuniyyətlə ictimai nəqliyyatdan istifadə edir.
Bu, çox gözəldir. Buna alışmaq lazımdır. Həmişə ictimai nəqliyyatda gediş fərdi avtomobillə gedişdən ucuz olur. Mən dəfələrlə sürücülərə lüzumsuz yerə avtomobillərindən istifadə etməməyi tövsiyə etmişəm. Avtomobillə gedəcəkləri yerləri saf-çürük edib, hər xırda şeyin dalınca maşın sürməsinlər. Unutmayaq ki, avtomobil insan həyatının ayrılmaz hissəsi deyil. Onsuz yaşamaq, onunla yaşamaqdan rahatdır”.
İctimai nəqliyyatda yaranan sıxlıq probleminin aradan qaldırılmasına gəldikdə isə nəqliyyat eksperti deyib ki, aidiyyəti qurumlar bu problemi aradan qaldırmaq üçün müvafiq addımlar atmalıdır. Ya marşrut xətlərinin hərəkət qrafiki sıxlaşdırılmalı, ya da avtobusların sayı artırılmalıdır.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət