Bir müddətdir mətbuatdan uzaq düşən, siyasi fəaliyyəti görünməyən Müsavat Partiyası Ali
Məclisin və Divanın üzvü Arzu Səmədbəyli "Şərq”ə açıqlamasında mediadan uzaq durmasına
aydınlıq gətirib.Sabiq millət vəkili bildirib ki, proseslərə qatılmasa da, ölkədə baş verən hadisələri yaxından izləyir:
Müsavatın fəaliyyəti ilə maraqlanıram. Təşkilatın yeni rəhbərliyi var, gənclər partiyada işləyir,
müsahibələr verirlər. Görək bu gənclər nə edəcəklər?! Analizlərini, proqnozlarını mətbuatla
bölüşməməsinə A.Səmədbəyli bu cür münasibət bildirib: "Bezmədiz bizim proqnozlardan?!
Ümumiyyətlə, 30 ilə yaxındır qəzet səhifələrində görünürük, bundan yorulmadız?”.
fikirlərini paylaşırlar. Mən Arzu Səmədbəyliyə haqq qazandırıram. Gənclərə meydan vermək,
onlara şərait yaratmaq üçün bəzən bir qədər geri durmaq, çəkilmək lazımdır. Cəmiyyət yeni
simalar görməli, yeni fikirlər eşitməlidir. Siyasətdə novatorluq zəruri amildir. Ola bilsin, Arzu
bəy bu fikirlərə görə özünü bir qədər kənara atıb. Amma inanıram ki, Arzu Səmədbəyli və onun
kimi uzun müddət siyasi səhnədə olmuş digər siyasətçilər yenidən aktiv fəaliyyəti bərpa
edəcəklər”.