“ASAN xidmət” mərkəzlərində daha hansı xidmətlər göstəriləcək?
21:26 03.03.2017
Arxiv
992
"2017-2018-ci illərdə 4 "ASAN xidmət” mərkəzi istifadəyə veriləcək. Bu il ərzində 2 "ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq”.
Bunu "Sosium” proqramının qonağı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov deyib. Onun sözlərinə görə, cari ildə 2 "ASAN xidmət” mərkəzinin inşasına başlanacaq. "Bu mərkəzlər Quba, Şəki, Mingəçevir və İmişli rayonlarında olacaq. Bu mərkəzlərin də Masallıdakı "ASAN xidmət” mərkəzi kimi fəaliyyət göstərəcək. Bununla da bu rayonlarda, eləcədə ətraf rayonların əhalisi "ASAN xidmət” mərkəzlərinin xidmətlərindən faydalana biləcək”.
Bu gün Azərbaycanda 11 "ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini deyən A. Hüseynov bildirib ki, "2013-cü ilin yanvarın 15-dən indiyədək "ASAN xidmət” mərkəzləri 14 milyon nəfərə xidmət edib: "Artıq "ASAN xidmət” mərkəzlərində 10 dövlət qurumu, həmçinin özəl müəssisə və şirkətlər tərəfindən ümumilikdə 230-a yaxın müxtəlif xidmət göstərilir. Gün ərzində orta hesabla "ASAN xidmət” mərkəzlərinə 2000-2500 müraciət daxil olur. Bu müraciətlərin əksəriyyəti Daxili İşlər Nazirliyi tərəfindən göstərilən xidmətlər, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlıdır. Bundan başqa, Ədliyyə Nazirliyi tərəfindən göstərilən xidmətlər - notarial, vətəndaşlıq vəziyyəti aktlarının dövləti qeydiyyatı ilə bağlı xidmətlərlə bağlı müraciətlər daha çox olur”.
Fevralın 1-dən "ASAN qatar” xidməti vasitəsilə Qazax rayonunda sakinlərə səyyar formada xidmətə başlandığını xatırladan A.Hüseynov qeyd edib ki, 15 gün ərzində 5000-dən çox insan bu xidmətdən bəhrələnib. O vurğulayıb ki, əvvəlcədən müəyyənləşdirilmiş iş qrafikinə uyğun olaraq "ASAN qatar” digər regionlarda da vətəndaşlara səyyar qaydada xidmət göstərəcək.
O, "ASAN ödəniş” sistemi barədə də məlumat verib. "ASAN ödəniş” sistemi vasitəsi ilə bütün növ inzibati cərimələrin və məhkəmə qərarlarının icrası ilə bağlı ödənişlərin aparılması nəzərdə tutulur. Hazırda ilkin mərhələdə yol hərəkəti qaydalarının pozulmasına görə ödənişlərin edilməsi mümkündür. Vətəndaşlar həm "ASAN ödəniş” terminalları, həm də asanpay.az saytı vasitəsi ilə də onlayn şəkildə ödənişləri həyata keçirə bilərlər. Hazırda "ASAN ödəniş” sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür. Biz mütəmadi olaraq bu portalın imkanları barədə vətəndaşları məlumatlandırırıq”.
A.Hüseynov əlavə edib ki, "ASAN ödəniş” sisteminin mobil tətbiqi üzərində də işlər görülür. "Artıq yaxın zamanlarda "ASAN ödəniş” sisteminin mobil tətbiqi istifadəyə veriləcək. Bu da ödənişlərin daha da optimallaşdırılması və asanlaşdırılmasına töhfə verəcək. Mobil tətbiq istifadəyə veriləndən sonra hər kəs internetə çıxışı varsa, rahatlıqla ödəniş edə biləcək, - deyə A.Hüseynov vurğulayıb.
"ASAN xidmət” mərkəzinin rəsmisi bəyan edib ki, yaxın zamanlarda Bakıda 3-cü "ASAN kommunal” mərkəzi də istifadəyə veriləcək: "Növbəti "ASAN kommunal” mərkəzi Xətai rayonunda istifadəyə veriləcək. Hazırda "ASAN kommunal” mərkəzlərində 3 qurum - "Azərişıq” və "Azərsu” Açıq Səhmdar cəmiyyətləri, həmçinin "Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara 45 növ xidmət göstərilir. Gələcəkdə göstərilən xidmətlərin sayının artırılması nəzərdə tutulur”.
A.Hüseynov əlavə edib ki, vətəndaşlar 108 Çağrı Mərkəzinə zəng edərək "ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı şikayətləri, təkliflərini səsləndirə və ya göstərilən xidmətlər, dövlət rüsumu, ümumi prosedurlar barədə məlumat ala bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya