“ASAN xidmət” yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı bütün suallara aydınlıq gətirib
08:54 01.09.2018
Arxiv
877
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı vətəndaşlar arasında yaranan suallara aydınlıq gətirib.
O bildirib ki, hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər və bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil.
E.Niftəliyev qeyd edib ki, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vəsiqə korlanıbsa, ad-soyad, ata adı dəyişdirildikdə, sənəd itirildikdə, yalnız bu zaman yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması zəruridir.
Onun sözlərinə görə, hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün ASAN xidmət mərkəzlərində və Sumqayıt regional "ASAN xidmət" mərkəzlərində həyata keçirilir. Növbəti günlərdə regional "ASAN xidmət" mərkəzlərində də yeni nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanılacaq.
O qeyd edib ki, 15 yaşı tamam olmuş vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur: "Belə ki, vəsiqənin 10 gün müddətində verilməsi üçün 5 manat, 3 iş günü müddətində verilməsi üçün 25 manat, 1 iş günü müddətində verilməsi üçün isə 35 manat təşkil edir. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunub. 10 gün müddətində 4 manat, 3 iş günü müddətində 20 manat, 1 iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib”.
Qeyd edək ki, bu gündən Azərbaycanda vətəndaşlara yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə