Ata oğulun mübarizəsi bitdi: Övlad seçildi, barışdılar

Bursanın Orhangazi qəsəbəsinin Hecalar kəndində muxtarlıq seçkisində  bir-birlərinə rəqib və uzun zamandır küslü olan  Ali Sevinc ilə oğulu Zəfər Sevinc səsvermə prosesi zamanı  barışıblar.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, atasının əlini öpən Zəfər Sevinc, nəticələrin xeyirli olmasını arzulayıb, ata Əli Sevinc isə "İnşallah oğulum qazansın" deyib. Saat 17.00 etibarı ilə qutuların  bağlanmasıyla səslərin sayılmasına başlanıb. 7 namizədin yarışdığı kənddə 210 seçicidən 81-nin səsini  alan Zəfər Sevinc, Hecalar kəndinin  yeni muxtarı seçilib. Atası Əli Sevinc isə 20 səs ala bilib. Ata oğul  arasında  küslülük sona çatıb. Əli Sevinc,  fərqlənərək muxtar olmağı haqq edən oğulunu təbrik edib.
Turan