" Avro 4” yox, lap “Avro 8” olsa belə vəziyyət çox acınacaqlıdır” - Keyfiyyətsiz benzin
12:38 07.09.2017
Arxiv
932
İlham Şaban: "Sosial şəbəkələrə baxın, görəcəksiz ki, hamı etibarlı yanacaq doldurma məntəqəsi axtarır. Benzinə nə istəsələr qatırlar, buna da nəzarə edən yoxdur"
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov benzinin qiymətinin qalxmasından sonra onun keyfiyyətində hansı dəyişikliklərin baş verməsindən danışıb.
Komitə sədri bildirib ki, benzinin keyfiyyət məsələsi ilə bağlı çoxlu şikayətlər quruma daxil olmur:
"Təbii ki ara- sıra şikayətlər olur, biz də araşdırırıq. Bu da texniki səhvlərdən irəli gəlir. Bizdə benzinlər "Avro 4” standartlarına uyğun olaraq idxal olunur. Həmin benzini də köhnə istehsal edilən avtomobillərə vurarkən müəyyən problemlər yaradır. Ancaq bu sahədə real problem yoxdur”.
Xatırladaq ki, son dövrlərdə benzinin bahalaşması ilə yanaşı, yanacağın keyfiyyəti ilə bağlı şikayətlər artmaqdadır. Avtomibil istifadəçiləri yanacağın həcminin azlığından və tərkibində əlavə qatqılar olmasından şikayət edirlər.
Məsələ ilə bağlı "Şərq”ə danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban benzinlə bağlı vəziyyətin çox bərbad olduğunu deyib. Ekspertin sözlərinə görə, yanacaq doldurma məntəqələri insanları aldadır:
"Deyirdilər ancaq "Avro 5” standartlarına uyğun benzin idxal olunur. Bəs "Avro 4” hardan peyda oldu? Problem ondadır ki, bəzi dövlət qurumlarının rəsmiləri dialoq şəklində məsələlərə aydınqlıq gətirmirlər. Yanacağı istehsal edən Neft Emalı zavodunun direktoru, Standartlaşma Komitəsinin yanacaq doldurma komplekslərinə nəzarət edən şöbənin rəhbəri, Vergilər Nazirliyi və başqa aidiyyatı qurumların nümayəndələri kompakt şəkildə ictimaiyyəti maraqlandıran, narahat edən qaranlıq məsələlərə münasibət bildirməlidirlər. Azərbaycanda neftin qiyməti 90 qəpikdir. Bu rəqəmin necə formalaşdığını insanlara izah etmək lazımdır.
Gizlətməyin mənası nədir? Qonşu Rusiyada, Qazaxıstanda vəziyyət izah olunur. Türkiyədəki turist şirkətinin nümayəndələri ölkəyə gələn turistləri qarşılayanda deyirlər ki, onlarda benzinin yüzdə altmış beş faizi aksiz vergisinə hesablanır. Həmin məbləğ büdcəyə qayıdır və avtomobildən istifadə etməyən insanların ehtiyaclarının qarşılanmasına sərf olunur”.
İqtisadçı bildirib ki, digər problem avtomobillərin istifadə müddəti ilə bağlıdır: "20 ildir ki, hərə ağzına gələni danışır. Deyirlər, bizdə statistika var.
Lap yaxşı, onda heç olmasa ildə bir dəfə həmin statistikanı ictimaiyyətə təqdim edin. Mən ilk dəfə eşidirəm ki, ölkəmizə "Avro 4” standartlarında benzin gətirilir. Bizə 1 manat 15 qəpiyə satdıqları benzin bu idimi?”.
Mərkəz rəhbəri yanacaq doldurma məntəqələrindəki özbaşınalığa da diqqət çəkib:
"Niyə dövlət tərəfindən tənzimlənmədiyi halda bütün yanacaq doldurma məntəqələrində benzinin qiyməti eynidir? Niyə arada qiymət fərqi yoxdur? Qoy, hansısa yanacaq doldurma məntəqəsi benzini 1-2 qəpik digərindən ucuz satsın da.
Vallah, bu, biyabırçılıqdır. Sivil dünya belə yanaşmaya çoxdan "yox” deyib. 10 litr benzin vurursan, amma görürsən ki, real həcmindən azdır. Hər məntəqədə həcm fərqlənir, keyfiyyət aşağı olur. Sosial şəbəkələrə baxın, görəcəksiz ki, hamı etibarlı yanacaq doldurma məntəqəsi axtarır. Benzinə nə istəsələr qatırlar, buna da nəzarə edən yoxdur. Ona görə də hesab edirəm ki, "Avro 4” yox, lap "Avro 8” olsa belə vəziyyət çox acınacaqlıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq