Avropalı tarixçinin iddiası təsdiqləndi: "Qərb dövlətləri tarixin hər dövründə qətllər törədiblər"
11:11 07.02.2019
Arxiv
750
Londonda yaşayan tarixçi və siyasi analitik Rodni Şekspir Press TV kanalına müsahibəsində maraqlı iddialarla çıxış edib. Tarixçi bildirib ki, Birinci Dünya müharibəsi zamanı 9 milyon iranlı öldürülüb, ölənlərin arasında İran mənşəli yəhudilər də olub, həmçinin başqa millətin nümayəndələri də qətl edilib. Tədqiqatçının sözlərinə görə, Qərb mətbuatı Birinci Dünya müharibəsi zamanı 9 milyon iranlının öldürülməsi haqqında beynəlxalq ictimaiyyətə məlumat vermir: "İnsan hüquqlarının müdafiəçisi kimi çıxış edən Böyük Britaniya bu faktı tanımalı və 9 milyon iranlının qətlə yetirildiyini açıqlamalıdır. Tədqiqatlar göstərir ki, 1917-ci ildən 1919-cu ilədək Avropanın müxtəlif ölkələrində və müharibə meydanında 9 milyona yaxın iranlı öldürülüb. Bunların arasında İran mənşəli yəhudilər də olub”.
Araşdırmaçı Rodni Şekspirin iddiasını "Sherg.az”a dəyərləndirən tarixçi-alim Dilavər Əzimli deyib ki, XX əsrin əvvəllərindən başlayaraq, Qacar imperiyası Böyük Britaniya və Rusiyanın nəzarətinə keçib. Xüsusən ölkənin cənub hissəsi bütünlüklə Britaniyanın əlində olub:
"Orada baş verən bütün proseslər Londonun mətbəxində hazırlanırdı. Avropalı tarixçinin vurğuladığı məsələ XX əsrin əvvəllərində baş verib. Çünki bu dövrdən etibarən Qərb dövlətlərinin Qacarlar ölkəsində neft əməliyyatları başlamışdı. Ona görə də İngiltərə sözügedən ərazisidə birbaşa irticanı dəstəkləyir və bəzi etnik qrupları silahlandırırdı. Yəni öz maraqlarını həyata keçirirdilər. Proseslərə müdaxilə edərək zəngin neft ərazilərini nəzarətdən buraxmamağa çalışırdılar. Şübhəsiz, belə şəraitdə xeyli qırğınlar baş verib, qarşıdurmalarda güllələnənlər, səfalət içində acından ölənlər olub. Amma iranlılar deyəndə sadəcə farslar nəzərdə tutulmur, orada başqa millətin nümayəndələri də var idi. Sadəcə bir faktı vurğulamaq lazımdır ki, o dövrdə Avropa ölkələri və Rusiya ermənilərə xüsusi qayğı ilə yanaşırdılar, onlara dəstək verirdilər”.
Tarixçi hesab edir ki, Şeksprin bəyan etdiyi rəqəm çox ciddidir və bunun üzərində işləmək, araşdırma aparmaq lazımdır:
"Dövrün tarixi yeni baxışlarla yazılmalıdır. Özünü demokratiya carçısı kimi qələmə verən, insan haqqlarını müdafiə etdiyini iddia edən Qərb dövlətləri tarixin hər dövründə öz maraqları naminə cinayətlərə əl atıblar, qətllər törədiblər. Xüsusən, neft və qazla zəngin ölkələrə və xalqlara qarşı tamamilə fərqli münasibət sərgiləyiblər. Qacarların son dönəmi və XX əsrin 20-30-cü illəri fundamental şəkildə tədqiq edilməlidir. Çünki məhz həmin illər ərzində xeyli insan müxtəlif səbəblərdən həyatını itirib. Seyid Cəfər Pişəvəri hökumətinin yıxılmasından sonra müqavimət nəticəsində 30 minədək insan edam edilib, güllələnib. Bütün bunların arxasında Böyük Britaniya, ABŞ və Rusiya dayanırdı. Bu mənada Avropalı tarixçinin açıqlamasında təəccüblü heçnə yoxdur. Sadəcə olaraq tarixi faktları daha dəqiq araşdırmaq lazımdır. Baş verən bütün cinayətlər üzə çıxarılmalı, həqiqətlər deyilməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus ordusu Dobropasovonu işğal etdi
17:42 25.05.2026
Dünya
Köçəryan Azərbaycanla bağlı “vəd” verdi
17:25 25.05.2026
Gündəm
Putin Azərbaycan Prezidentini təbrik edib
17:02 25.05.2026
Gündəm
İran nümayəndə heyəti Qətərdə səfərdədir
16:53 25.05.2026
Gündəm
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
16:51 25.05.2026
Media
Prezident: Mayda Bakıda belə yağışın yağmasını xatırlamıram
16:38 25.05.2026
Gündəm
85 min insan Qarabağa qayıtdı - RƏY
16:31 25.05.2026
Aktual
Gecə boyunca fasiləsiz yatmaq hər zaman “normal” olmayıb
16:18 25.05.2026
Sağlamlıq
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNİB
16:09 25.05.2026
Gündəm
134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradıldı
15:56 25.05.2026
Sosial
Rusiya ilə alınmasa, alternativ tapacağıq - Mirzoyan
15:38 25.05.2026
Dünya
Simonyan Paşinyanı narkoman adlandırdı
15:36 25.05.2026
Gündəm
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
15:32 25.05.2026
Gündəm
Dünya liderləri İlham Əliyevi təbrik edir
15:21 25.05.2026
Gündəm
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
15:03 25.05.2026
Gündəm