Problemlə əlaqədar dünən Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev "Şərq”ə açıqlamasında problemin həlli üçün yeni avtobusların gətirilməsinin vacib olduğunu dedi:
Avtobus dayanacaqda saxlamır, “yel kimi” ötüb keçir
06:31 06.02.2018
Arxiv
2117
Sərnişinlər 50 və 64 saylı xətlərə iri tutumlu avtobusların verilməsini istəyir
Problemlə əlaqədar dünən Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev "Şərq”ə açıqlamasında problemin həlli üçün yeni avtobusların gətirilməsinin vacib olduğunu dedi:
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi və Yeni Günəşli massivinin sakinləri 50 və 64 saylı marşrut avtobuslarının işindən narazıdır. Səhər və axşam saatlarında "ças-pik” deyilən vaxtlarda, bu marşrut avtobuslarına minmək əməlli-başlı zülmə çevrilir.
Konkret olaraq ötən şənbə günü saat 09:00 radələrində Hacıbala Abutalıbovun Suraxanı rayonu ərazisində qoydurduğu heyvan heykəlləri - "Qartal” və "şir”in qarşısındakı dayanacaqda insanlar dəqiqələrlə peşman bir şəkildə dayanıb nə zaman avtobusa minmək "şərəfinə” nail olacaqları zamanı gözləyiblər, çünki ard-arda gələn avtobuslarda sərnişin sıxlığı səbəbindən sürücülər dayanacaqda avtobusu saxlamayıb, "yel kimi” ötüb keçib. Anlaşılandı ki, deyilən vaxtlarda sərnişin sıxlığı yaşanır, basabas olur. Amma bunun da bir həlli olmalıdır. Sərnişinlər 50 və 64 saylı xətlərə iri tutumlu avtobusların verilməsini istəyir. Bu marşrut xəttindəki avtobuslar orta tutumlu olduqlarından (avtobuslar texniki cəhətdən də istifadə müddətini çoxdan başa vurub. Avtobusların özü də qırıq-sökükdü, oturacaqları da. Başdan-ayağa natəmizlikdir - red.) işə gedilən və işdən qayıdılan vaxtlarda bu avtobuslara minmək müşkülə çevrilir. Sərnişinlər biri-birini itələyə-itələyə, qapı ağzında dayana-dayana birtəhər evlərinə gedir.
Problemlə əlaqədar dünən Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev "Şərq”ə açıqlamasında problemin həlli üçün yeni avtobusların gətirilməsinin vacib olduğunu dedi:- Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirir. Bu gün sərnişindaşımada mövcud olan avtobusların 50 faizdən artığının yenilənməsinə ciddi ehtiyac var. Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq bu il daşıyıcılar tərəfindən yeni nəqliyyat vasitələrinin gətirilməsi nəzərdə tutulub. Yeni nəqliyyat vasitələri gətirildikcə, problemli xətlər üzrə avtobuslar yenilənəcək. Kart sisteminə keçid də məhz nəqliyyat vasitələrinin yenilənməsinə bağlı məsələdir. Avtobusların yenilənməsi ilə kart sisteminə keçiddə təmin ediləcək.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm