Avtobusda siqaret çəkən sürücülər 50 manata qədər cərimələnəcək
08:20 14.02.2019
Arxiv
657
Bakı Nəqliyyat Agentliyi "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı layihəyə başlayıb.
Agentlikdən "Sherg.az"a verilən məlumata görə, layihəyə əsasən Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarından istifadə edən sərnişinlər sükan arxasında tütün məmulatından istifadə edən sürücünün inzibati qaydada məsuliyyətə cəlb edilməsində iştirak edə bilər. Bunun üçün sürücünün xəta törətməsini aydın əks etdirən foto çəkilməli, avtobusun eyniləşdirmə və ya dövlət qeydiyyat nömrəsi, marşrut xəttinin nömrəsi barədə məlumatları Agentliyin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə və ya "Tütün” başlığı ilə info@bna.az elektron ünvanına göndərilməlidir. Məlumatlar xətanın aşkar edildiyi andan 24 saat müddətinədək təqdim edilməlidir. Xətanı törədən sürücünün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilərək 40 manatdan 50 manatadək məbləğdə cərimələnməsi həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi sahəsində birgə mübarizənin əhəmiyyətli olduğunu bildirir və sərnişinləri aktiv olmağa dəvət edir.
Qeyd edək ki, rüblük olaraq daha çox inzibati xəta göndərən (məlumatları rəsmiləşdirilən) sərnişin mükafatlandırılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi