Avtobusları çirkləndirən sərnişinlərə qarşı tədbirlər...
09:54 17.02.2017
Arxiv
481
Bakıda sərnişin avtobuslarını çirkləndirən sərnişinlərə qarşı tədbirlərə başlanıb.
"BakuBus”ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin APA-ya verdiyi məlumata görə, marşrut xəttindən qaraja qayıdan avtobusların salonuna diqqət yetirərkən heyrətlənməmək, təəssüf hissi keçirməmək mümkün deyil:
"Gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda gecə yarısı qayıdarkən nələr aşkar olunmur? Müxtəlif növ məişət tullantıları, salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları v.s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir”.
M. Piriyev qeyd edib ki, bununla bağlı araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin kimliyi aşkar olunub: "Həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək”.
M. Piriyev sərnişinləri avtobuslardan istifadə edərkən təmizlik qaydalarına riayət etməyə və digər sərnişin tərəfindən bu kimi hallara yol verildiyini müşahidə etdikləri zaman dərhal "BakuBus”un *4242 qaynar xəttinə müraciət etmələrini xahiş edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya