"Aydan ağıllı qızdır, onun seçiminə güvənmişəm"
08:13 14.02.2019
Arxiv
561
Fatimə: "Min dəfə şükür edirəm ki, belə bir ailə qızıma elçi düşüb"
Rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın elçiliyi olub.
Ötən gün "hə" mərasimi baş tutub. Sənətçi övladının Əkbər adlı şəxslə ailə qurmağa hazırlaşdığını bildirib. "Allah sizin də balalarınıza qismət eləsin. Gözəl qızım Aydan və dəyərli kürəkənim Əkbər, təbrik edirəm" deyə, Fatimə qeyd edib.
Fatimə ilə əlaqə yaradıb onun sevincinə həm şərik olduq, həm də ana olaraq təəssüratlarını öyrəndik. Bir çox müsahibələrində Aydanı çətinliklə böyüdən ananın ürək sözlərini oxucularımızla da bölüşürük.
- Qapınıza elçi gəldilər. Xoşbəxt olsunlar…
- Allah hər anaya bu hissləri yaşamağı qismət etsin. Bəli, mənim ilk göz nurum, Aydanıma elçi gəldilər. Allahın izni ilə «hə» mərasimi baş tutdu.
- Həyəcanınızı anlamaq olar. O an nə hisslər yaşadınız?
- İnanın, bu hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Hər bir ana körpəsinə layla çalanda, gecələr onun başına tumar çəkəndə, böyüdüb həyata hazırlayanda övladının bu gününü arzulayır. Təbii ki, mənim üçün də o anlar unudulmazdı. Çox həyəcanlı idim, sox sevinirdim, duyğularım nə sözlərə sığar, nə kəlmələrə. Mən bir anda onu böyüdənə qədər yaşadığım çətin günlərimi yadıma saldım, şükür etdim bu günümə! Allah hər anaya bu günü qismət etsin.
- Qızınızın nişanlandığı oğlan tanıdığınız ailədir, ya Aydanın seçimi olub?
- Mən bircə onu deyə bilərəm ki, Aydan ağıllı, savadlı və hər addımını ölçüb-biçən qızdı. Seçim onun olub, mən də ailəni tanıdım, min dəfə şükür edirəm ki, belə bir ailə mənim qızıma elçi düşüb. Qızım olduğu üçün demirəm, Aydanı tanıyanlar, elə siz də bilirsiniz ki, Aydan nə qədər ağıllı, tərbiyəli qızdı. Odur ki, onun seçiminə güvənmişəm. Ailəni tanıdıqdan sonra rahatlıqla deyə bilərəm ki, Aydan tərbiyəli bir ailəyə inşallah gəlin köçəcək.
- Toy nə zamana nəzərdə tutulub?
- İnşallah, Allahın izni ilə yaxın müddətdə toy olacaq. Ailəlikcə belə qərara gəldik ki, toyun vaxtını yaxın müddətə müəyyən edək. Odur ki, şou-biznes əhli, mənim yaxınlarım toya indidən hazırlaşsınlar. Allah hamıya bala toyu qismət etsin, qız köçürməyi nəsib etsin. Amin.
Tahirə Məmmədqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ hərbi təyyarəsi Avropa üzərində qəza siqnalı verdi
06:06 25.05.2026
Dünya
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol