Aydın Mirzəzadə: "Türkiyədə Xocalı parkının açılması qüdrətli birliyin göstəricisdir"




Qardaş Türkiyədə "Azərbaycan, Qarabağ, Xocalı” parkının açılması Bakı- Ankara münasibətlərinin inkişafına ciddi şərait yaradır. Bu layihələrin genişlənəcəyi, digər bölgələri də əhatə edəcəyi istisna deyil. 

Bu sözləri Sherg.az-a Türkiyədə "Azərbaycan, Qarabağ, Xocalı parklarının” açılmasına münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə söyləyib.

 Deputatın sözlərinə görə, bu addım hər iki dövlətin bir-birinin tarixinə, problemlərinə yüksək diqqətlə yanaşmasının göstəricisidir: 

"Türkiyə xalqı Azərbaycanı Dağlıq Qarabağ məsələsində qətiyyətlə dəstəklədiyini bir daha göstərdi. Nümunəvi addımdır. Bununla qüdrətli birlikdən danışmaq olar”.

Qeyd edək ki, Türkiyənin İzmir şəhərində Karabağlar bələdiyyəsinin ərazisində "Azərbaycan, Qarabağ, Xocalı parkı” açılıb. Parkın açılışı Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının təşəbbüsü və təşkilatçılığı baş tutub.

Aysel Aslan