Azərbaycan girovların azadlığını Ermənistandan tələb edir
08:02 14.02.2019
Arxiv
610
"Rəsmi Bakı mütləq birbaşa "rəsmi Stepanakert"ə müraciət etməlidir kimi çağırışlar separatçıların növbəti təxribatıdır"
Rəsmi orqanlar tərəfindən dövlətə xəyanətdə suçlanan Elnur Hüseynzadənin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən müəmmalı şəkildə azadlığa buraxılaraq Ermənistana göndərilməsi xəbərindən sonra Şuşa türməsində saxlanılan digər girovlarımız - Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad edilməsi məsələsi nisbətən fəal şəkildə gündəmə gətirilib. Lakin həm Ermənistan, həm də separatçı rejimin onların azadlığa buraxılmasından bir daha qəti imtina etdiyi məlum olub. Ermənistan rəsmiləri deyib: "Dağlıq Qarabağ müstəqil qurumdur, biz onun işinə qarışmırıq...”
Dağlıq Qarabağın "xarici işlər nazirliyi” adlanan qanunsuz və saxta qurumun "informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri” sayılan Artak Nersisyan adlı məxluq isə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına belə bir həyasız münasibət bildirib: "Azərbaycan Ermənistandan daha iki Azərbaycan vətəndaşı - Şahbaz Quliyev və Dilqəm Əsgərovu azad etməyi gözləyir. Azərbaycanın Ermənistana şikayəti əsassızdır. "Artsax”da "mühakimə olunmuş” Azərbaycan "cinayətkar"larının məsələsi ilə bağlı rəsmi Bakı mütləq birbaşa "rəsmi Stepanakert"ə müraciət etməlidir...”
Belə bir "hüquqi” məsələ ilə əlaqədar Azərbaycanın hər hansı dövlət orqanının Xankəndindəki qondarma rejimlə əlaqə qurması həmin qurumu tanımaq anlamına gəlir...
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Şərq”ə açıqlamasında Ermənistan tərəfinin mövzu ətrafında manipulyasiya apardığını deyib:
"Onlar girovlar məsələsindən istifadə edərək qondarma rejimin legitimliyinə nail olmağa çalışırlar. Azərbaycan isə 30 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsində işğalçı tərəf kimi rəsmi İrəvanı tanıyır.
İşğal olunan Azərbaycan torpaqlarının qaytarılması istiqamətində aparılan danışıqlar prosesində qondarma rejim heç bir halda tərəf kimi qəbul olunan deyil. Bu həm Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə, həm də beynəlxalq hüquq normalarına ziddir. Bu qarşı tərəfin iddialarının əsassız olduğunu düşünürəm.
Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsində tərəf kimi Azərbaycan və Ermənistanı qəbul edib. Bu baxımdan girovların azad olunması üçün rəsmi Bakı mütləq birbaşa "rəsmi Stepanakert"ə müraciət etməlidir kimi çağırışlar separatçıların növbəti təxribatı kimi dəyərləndirilməlidir.
Girovların taleyinin Azərbaycan üçün nə dərəcədə həssas olduğunu bildiklərindən qəsdən bu cür qıcıqlandırıcı bəyanatlar yayırlar. Azərbaycan isə bu cür erməni təxribatına heç vaxt uymayıb, bundan sonra da öz prinsipial mövqeyindən geri dönməyəcək”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi