"Azərbaycan ictimaiyyəti bu cür müxalifətə çoxdan "yox” deyib" - Siyasi ekspert
15:56 24.01.2019
Arxiv
716
"Belələrinin ölkədə qarışıqlıq yaratmaq cəhdlərinin qarşısı qanunla alınmalıdır”
"Azərbaycanda sərbəst toplaşmaq haqqında qanuna tam şəkildə əməl olunur. Bu qanunun tələbləri sadəcə dövlət qurumlarına deyil, eyni zamanda sərbəst toplaşmaq hüququndan istifadə edən şəxslərə də aiddir”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Analitik bildirib ki, məlum qrupların fəaliyyəti qanunun təməl prinsipləri ilə üst-üstə düşmür:
"Onlar öz fəaliyyəti ilə ictimai təhlükə yaradırlar. İnsanların təhlükəsizliyini təhdid altına alırlar və qanunvericiliyin tələblərindən kənara çıxaraq qarşıdurmaya cəhd göstərirlər. Son keçirilən aksiyada səsləndirilən fikirlər, meydanda öncədən hazırlanmış insanlar tərəfindən aksiyanın təyin edilmiş yerdən kənara çəkilməsi və təşkilatlçıların da faktiki olaraq prosesə dəstək verməsi göstərdi ki, həmin insanların məqsədi heç də sərbəst toplaşmaq hüququnundan istifadə etmək deyil. Məqsəd ictimai sabitliyi pozmağa cəhd göstərməklə xarici ağalarının sifarişlərini yerinə yetirməkdir”.
E.Mirzəbəylinin sözlərinə görə, ictimaiyyət köhnə təfəkkürdən və düşüncə tərzindən, heç bir konstruktiv motivi olmayan, cəmiyyəti irəli aparmaq imkanında olmayan, hər gün mövqe dəyişən, ideoloji prinsiplərə qarşı savaş açan həmin insanlardan yorulub:
"Eyni simalar, eyni düşüncə tərzidir və dəyişən heç nə yoxdur. Həmin şəxslər bugünədək normal və konstruktiv təşəbbüslə, təkliflə, proqramla çıxış etməyi bacarmayıb. Fəaliyyətləri yalnız dedi-qodu, onun-bunun layihəsində yer almaqla öz missiyalarını reallaşdırmaq və Azərbaycanın maraqlarının əleyhinə çıxış etməkdən ibarət olub. Fəaliyyət göstərdikləri dövrə diqqət yetirsək, görərik ki, onların addımları ilə Azərbaycanın mövqeyinə, maraqlarına düşmən kəsilmiş qüvvələrin, ermənilərin addımları eyni mənbədən idarə olunur. Azərbaycan ictimaiyyəti bu cür müxalifətə çoxdan "yox” deyib. Belələrinin ölkədə qarışıqlıq yaratmaq cəhdlərinin qarşısı qanunla alınmalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm