Azərbaycan İlahiyyat İnstitutu ilk fəxri doktor diplomunu təqdim edib
16:50 10.01.2019
Arxiv
543
Yanvarın 10-da Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "29 Mayıs” Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, doktor Təyyar Altıkulaca bu ali təhsil müəssisəsinin fəxri doktoru diplomu təqdim edilib.
Aİİ-dən "Sherg.az"a bildirilib ki, tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərildiyini, bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin həmin siyasəti hazırda böyük uzaqgörənliklə və məqsədyönlü surətdə davam etdirdiyini vurğulayıb. O, dövlətimizin başçısının 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Aİİ-nin ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin Aİİ-nin strukturuna daxil edildiyini bildirib. Rektor iki qardaş ölkə arasında din sahəsində qarşılıqlı əlaqələrin inkişafında Təyyar Altıkulacın böyük xidmətlərini diqqətə çatdırıb, həmçinin Türkiyəyə səfərindən, orada keçirilən işgüzar və səmərəli görüşlərdən bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Aİİ-nin yaradılması Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir. G.İsmayılov Aİİ-nin ilk fəxri doktorunun məhz Təyyar Altıkulacın seçilməsinin təsadüfi olmadığını qeyd edib.
Sonra Təyyar Altıkulaca Azərbaycan ilahiyyat elminin inkişafında və Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə Aİİ-nin fəxri doktoru diplomu təqdim edilib.
Azərbaycanın uğurları ilə hər zaman fəxr etdiyini deyən Təyyar Altıkulac göstərilən diqqət və qayğıdan, etimaddan qürur duyduğunu bildirib. O, ilahiyyat fakültəsinin formalaşmasında 26 illik zəhmətini mərasim iştirakçılarının nəzərinə çatdırıb. T.Altıkulac ilahiyyat fakültəsinin daha da inkişaf edərək institut kimi fəaliyyət göstərməsindən və ilk fəxri doktor diplomunun məhz ona təqdim edilməsindən şərəf duyduğunu söyləyib.
Bakı Dövlət Universitetinin ərəb dili filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev hazırda ilahiyyat sahəsində layiqli şəxsiyyətlərin yetişməsində, onların düzgün formalaşmasında 26 illik fəaliyyətinin olduğunu qeyd edib. Akademik vurğulayıb ki, hər zaman Azərbaycanın yanında olan qardaş və dost Türkiyənin bu istiqamətdə xidmətləri böyükdür. İnstitut Azərbaycan ilahiyyat elminə layiqli töhfələr verəcək.
Türkiyənin Azərbaycandakı səfirliyinin din işləri üzrə müşaviri Kamil Günəş Təyyar Altıkulacı fəxri doktor adı alması münasibətilə təbrik edib, ona bu şərəfli yolda nailiyyətlər arzulayıb.
Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu çıxışında ilahiyyat sahəsində indiyə kimi görülən işlərin nəticəsini yüksək dəyərləndirib.
Mərasimin sonunda Təyyar Altıkulac ali təhsil müəssisəsində yaradılan şəraiti yüksək qiymətləndirib, institutun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
03:50 28.05.2026
Sağlamlıq
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya