Düzdür, neftin qiymətinin nisbətən artması da gəlirlərimizin çoxalmasına səbəb olur. Lakin neftin qiyməti kəskin ucuzlaşanda belə ölkəmiz ciddi çətinliklərlə qarşılaşmadı. Qeyri-neft sektoru neft sektorundan gəlirlərin azalmasını kompensasiya etdi. Son vaxtlar ÜDM-in artması, dövlət büdcəsinin gəlirlərinin çoxalması, strateji valyuta ehtiyatlarımızın yüksəlməsi kimi faktlar göstərir ki, Azərbaycan iqtisadiyyatı sabit inkişaf tempi ilə davam edir. Bu da Cənab Prezidentin iqtisadi inkişafla bağlı proqramlarının düşünülmüş və effektiv şəkildə həyata keçirildiyini sübut edir”.
"Azərbaycan iqtisadiyyatı sabit inkişaf tempi ilə davam edir" - Beynəlxalq təşkilatlar da təsdiqləyir
09:34 06.08.2018
Arxiv
957
"Hazırda qlobal miqyasda, xüsusən regionda iqtisadi böhran davam edir. Qonşu ölkələrdə iqtisadi artım xeyli zəifləyib. Milli valyutalar dəyərdən düşməkdədir. Lakin Azərbaycanda belə hal müşahidə olunmur”.
Bunu "sherg.az”a açıqlamasında "Altay” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, Azadinform İnformasiya Agentliyinin redaktoru Elçin Bayramlı deyib. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının Azərbaycanın iqtisadi inkişafı barəsində verdikləri hesabatlara münasibət bildirən ekspert bildirib ki, ölkəmizdə iqtisadi artım tempi yüksəlir və milli valyuta öz sabitliyini qoruyur: "Xüsusən də, qeyri-neft sektorunda inkişaf tempi yüksəkdir.
Düzdür, neftin qiymətinin nisbətən artması da gəlirlərimizin çoxalmasına səbəb olur. Lakin neftin qiyməti kəskin ucuzlaşanda belə ölkəmiz ciddi çətinliklərlə qarşılaşmadı. Qeyri-neft sektoru neft sektorundan gəlirlərin azalmasını kompensasiya etdi. Son vaxtlar ÜDM-in artması, dövlət büdcəsinin gəlirlərinin çoxalması, strateji valyuta ehtiyatlarımızın yüksəlməsi kimi faktlar göstərir ki, Azərbaycan iqtisadiyyatı sabit inkişaf tempi ilə davam edir. Bu da Cənab Prezidentin iqtisadi inkişafla bağlı proqramlarının düşünülmüş və effektiv şəkildə həyata keçirildiyini sübut edir”.İqtisadçının sözlərinə görə, beynəlxalq iqtisadi təşkilatlar ölkəmizdə qarşıdakı illərdə iqtisadi inkişaf tempinin davam edəcəyini proqnozlaşdırırlar:
"Bundan başqa, xarici təşkilatlar respublikamızda biznes qurma şəratinin və investisiya mühitinin əlverişli olduğunu və bu istiqamətdə həyata keçirilən islahatların müsbət nəticə verdiyini vurğulayırlar və bunu öz hesabatlarında göstərirlər. Təbii ki, indiki beynəlxalq və regional proseslərin fonunda belə uğurun əldə olunması əsasən ölkədə təmin olunmuş siyasi sabitliyin nəticəsidir. Əminəm ki, islahatlar davam edəcək, mövcud problemlər də aradan qaldırılacaq və tezliklə Azərbaycanda dünyanın inkişaf etmiş ölkələri sırasında daxil olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya