Azərbaycan KİV rəhbərləri Türkiyə Xarici İşlər Nazirliyində olublar



Azərbaycan KİV təmsilçiləri Ankaraya səfər proqramı çərçivəsində dekabrın 15-də Türkiyə Xarici İşlər Nazirliyində görüşlər keçiriblər.

 Orta Asiya və Cənubi Qafqaz Departamentində keçirilən görüşdə Gökhan Turan qurumun fəaliyyəti, həmçinin, Türkiyə və Azərbaycan dövlətlərinin müştərək maraq dairəsində olan məsələlər barədə məlumat verib. 

KİVDF-nin icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. 

Gökhan Turan Azərbaycan KİV təmsilçilərini maraqlandıran sualları cavablandırıb. Bununla da nümayəndə heyətinin Ankaraya bir həftə davam edən səfər proqramı başa çatıb. Məlumat üçün bildirək ki, KİV təmsilçilərinin səfər proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə həyata keçirilir. Səfər proqramı dekabrın 10-dan 16-dək davam edib. Səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumları, informasiya məsələlərinə məsul olan təşkilatları, həmçinin aparıcı KİV-ləri ilə görüşlər keçirilib.