"...Azərbaycan kosmik dövlətlər sırasına öz adını yazdırdı"





"Müasir dövrdə investisiya baxımından perspektivli və düşünülmüş, gələcəyi məlum olan iki sahə var. Onlardan biri və ən mühümü dövrün nanotexnologiyalarını və informasiya texnologiyalarını özündə birləşdirən peyklərin orbitə buraxılmasıdır”.

Bunu "Sherg.az”a açıqlamasında iqtisadçı-alim Fuad İbrahimov deyib. İqtisadçı bildirib ki, peyklər informasiya texnologiyalarının inkişafına və dövrün tələblərinə cavab verən ən vacib sistemdir:

"Qısa zamanda üçüncü peykini orbitə buraxan Azərbaycan kosmik dövlətlər sırasına öz adını yazdırdı. İnformasiya texnologiyaları sürətlə inkişaf edir. Vaxt var idi, hansısa ödənişi etmək üçün saatlarla növbədə dayanırdıq. Ancaq müasir texnologiyalardan istifadə edərək kreslomuzdan durmadan bütün işləri icra edə bilirik. İnsanlar bank hesablarını idarə edir. Valideynlər xaricdə təhsil alan və yaşayan övladları, qohumları ilə bir anda əlaqə saxlayırlar. Bunların hamısını insanlara bəxş edən və şəxaləndirən məhz peyklərin fəaliyyətidir. Peyklərin orbitə buraxılması o deməkdir ki, bu sahədə inkişaf etməyən, peykləri olmayan ölkələr bizdən tezliklər alacaqlar. Bir çox ölkə Azərbaycanla iqtisadi dövriyəyə cəlb olunacaq. Bu sistemdən kifayət qədər gəlir əldə etmək mümkündür. Ona görə də peyk sahəsinə vəsait ayrılmasını alqışlamaq lazımdır”.

F.İbrahimli vurğulayıb ki, investisiyanın faydalı olduğu ikinci mühüm sahə kadrların və peşəkar mütəxəssislərin yetirşdirilməsidir:

 "Bu iki istiqamət sərmayə qoymaq nöqteyi-nəzərindən ən perspektivli sahələr hesab olunur”.

İsmayıl