Azərbaycan mediası Rusiya səfirliyinə: “İskəndər-M” məsələsinə mövqe bildirin”
05:43 07.04.2021
Arxiv
412
Bir qrup jurnalist Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib.
"Sherg.az"ın məlumatına görə, müraciətdə deyilir:
Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin, Azərbaycan tərəfi bu qalıqların məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə məxsus olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.
Biz xatırlatmağa məcburuq: Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İskəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər.
Lakin, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda “İskəndər” raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib: “Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib”.
Lakin indi Şuşada “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir. Silah Rusiya ordusunun təchizatında istifadə olunur.
Şuşada məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb. Lakin, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər əlaqədar qurumlar Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur.
Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcək.
1.Əflatun Amaşov - Mətbuat Şurasının sədri
2. Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru
3. Mir Şahin Ağayev – REAL TV-nin rəhbəri
4. Mehriban Məmmədova – AZTV-nin İnformasiya Proqramları Baş Studiyasının Baş direktoru
5. Orxan Fikrətoğlu – müstəqil jurnalist
6. Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru
7. Səadət Məmmədova – ATV prezidentinin müşaviri
8. Həmid Həmidov - “Global Media Group”un media direktoru
9. Murad Hüseynov – İTV-nin Baş direktorunun müavini
10. Eynulla Fətullayev – Haqqın.az saytının baş redaktoru
11. Mübariz Əsgərov – müstəqil jurnalist
12. Şakir Eminbəyli – “Rossiya 24” kanalının Azərbaycandakı nümayəndəsi
13. İlqar Mikayıloğlu – REAL TV-nin hərbi analitiki
14. Lalə Azərtaş – Xəzər TV-nin aparıcısı
15. Emin Musəvi – ASAN radionun rəhbəri
16. Rauf Arifoğlu - “Yeni Müsavat” qəzetinin baş redaktoru
17. Elçin Şıxlı - “Ayna-Zerkalo” qəzetinin baş redaktoru
18. Azər Qərib - bloqer
19. Tofiq Abbasov – AZTV-nin siyasi icmalçısı
20. Əli Hacızadə - bloqer
21. Vyacheslav Sapunov - bloqer
22. Ədalət Verdiyev – bloqer
23. Tofiqəxanım Qasımova (Nurani) - “Minval.az” saytının siyasi icmalçısı
24. Elçin Alıoğlu - Milli.az saytının baş redaktoru
25. Vüsal Məmmədov - Azvision.az saytının baş redaktoru
26. Şakir Ağayev - “Novaya Vremya” qəzetinin baş redaktoru
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya