Azərbaycan regional texnopark yaradır






Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Yüksək Texnologiyalar Parkı” MMC Pirallahı texnoparkının yeni konseptini təqdim edəcək.

Sherg.az Trend--ə istinadən xəbər verir ki, bu barədə qurumun baş direktoru Seymur Ağayev Milli Sahibkarlar Konfederasiyası yanında İKT müəssisələri ilə iş üzrə komissiyanın iclasında bildirib. 

S.Ağayev yeni konseptin Bakutel-2016 beynəlxalq telekommunikasiya sərgisində təqdim olunacağını deyib. Texnopark Pirallahı qəsəbəsində inşa olunacaq. Parkın ərazisi üçün 50 hektar torpaq sahəsi ayrılıb.

Bu addımın əsas məqsədi regional texnoloji parkın yaradılması və Azərbaycanın regionun aparıcı qüvvəsinə çevrilməsidir. Hazırda park ərazisində infrastruktur və tikintiyə hazırlıq işləri aparılır.